Teymur Rəcəbov birinci beşlikdə

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2011-ci il noyabrın 1-nə olan vəziyyətə görə növbəti reytinq cədvəlini dərc etdirmişdir. Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov siyahıda 2781 xalla beşincidir. Şahmatçımız sentyabr cədvəli ilə müqayisədə son iki ayda öz reytinqini 29 xal artıraraq 13-cü pillədən birdən-birə beşinci mövqeyə yüksəlmişdir.
Milli komandamızın digər üzvləri Vüqar Həşimov (2757) siyahıda 11-ci, Şəhriyar Məmmədyarov (2733) isə 18-cidir.
Reytinq cədvəlində birinci beşliyə Rəcəbovla yanaşı Maqnus Karlsen (Norveç, 2826), Vişvanatan Anand (Hindistan, 2811), Levon Aronyan (Ermənistan, 2802) və Vladimir Kramnik (Rusiya, 2800) daxildirlər.
Azərbaycan şahmat məktəbinin daha bir yetirməsi Eltac Səfərlinin dünyanın ən yaxşı 20 gənc şahmatçısının siyahısında 2630 xalla səkkizinci yerdə olduğunu da qeyd edək.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında