10 matçdan 8-də qələbə, 2-də heç-heçə və yalnız dördüncü yer

Azərbaycanın 16 yaşınadək şahmatçılardan ibarət komandası Türkiyənin Kocaeli şəhərində başa çatmış Ümumdünya Olimpiadasında bir matçda belə uduzmasa da yekun cədvəlində yalnız dördüncü yerlə kifayətlənməli olmuşdur. Buna səbəb isə xalların hesablanması sistemidir.
Adətən belə yarışlarda matçlarda qələbəyə görə 2 xal verilir, turnir cədvəlində komandaların tutduqları yerlər müəyyənləşdirilərkən xallar bərabər olduqda matçlarda bütün iştirakçıların topladıqları xalların cəmi nəzərə alınır. Bu dəfə isə təşkilatçılar matçların nəticələrindən yan keçərək, birinci şərt kimi şəxsi görüşlərdə qazanılan xalları hesablamağı qərara almışdılar. Bundan ilk növbədə Azərbaycan komandası zərər çəkmişdir.
Artıq bildiyiniz kimi, yığmamız Olimpiadada bir matçda belə uduzmamış, səkkiz rəqibinə, o cümlədən ilk iki yeri tutan Rusiya şahmatçılarına (30 xal) və Ermənistan komandasına (28,5) qalib gəlmiş, üçüncü mükafatçı İran ilə heç-heçə oynamış və onun kimi 27,5 xal toplamış, ancaq bu rəqibindən əlavə göstəricilərə görə geri qalıb fəxri kürsüyə yüksələ bilməmişdir.
Bununla belə, Azərbaycan şahmatçıları öz nəticələrindən razı qala bilərlər. Olimpiada kimi mötəbər yarışda bir dəfə də uduzmayıb, səkkiz komandaya qalib gəlib, daha ikisi ilə heç-heçə oynamaq hər komandanın işi deyil. Müqayisə üçün deyək ki, çempion Rusiya və üçüncü mükafatçı İran 1, ikinci yerin sahibi Ermənistan isə 3 matçda məğlub olmuşdur. Əgər xalların hesablanması sistemində ilk şərt kimi matçlarda qələbəyə görə 2 xal verilsəydi, bu halda Azərbaycan komandası finişə 9 qələbə və 1 məğlubiyyətlə çatan Rusiya yığması kimi 18 xal toplayar və ondan yalnız şəxsi görüşlərin nəticələrinə görə geri qalıb gümüş mükafatçı olardı.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında