İdman xəbərləri. "Sumqayıt Şəhər"in ilk qələbə sevinci

"Qarabağ"-"Bakı"- 2:1, "Xəzər-Lənkəran"-"Kəpəz"-1:0, "Qəbələ"-"Simurq"- 0:2, "Neftçi"-"Turan"-1:0, "Rəvan"-"İnter"-1:2, "Sumqayıt Şəhər"-AZAL-2:1.
On birinci tura təsadüf etmiş bu oyunlarla Azərbaycan milli futbol çempionatının təsnifat mərhələsinin birinci yarısı finişə çatmışdır. Turun diqqəti daha çox çəkən nəticəsi 3 heç-heçə və 7 məğlubiyyətdən sonra nəhayət, qələbə sevinci yaşayan "Sumqayıt Şəhər"in ilk müvəffəqiyyətidir. "Qəbələ"nin öz meydançasında "Simurq"a uduzması da bir qədər gözlənilməz olmuşdur.
Turnir cədvəlinə əvvəlkitək "Xəzər-Lənkəran" başçılıq edir-26 xal. İkinci mövqedə olan "Neftçi" liderdən 4 xal geri qalır. Üçüncü pillədə 21 xalla "İnter"dir. Birinci altılıqda sonrakı üç yeri "Qarabağ" (20 xal), "Bakı" (16 ) və "Qəbələ" (15) tuturlar.
Növbəti turun oyunları noyabrın 4-6-da keçiriləcəkdir. Bu turda "Neftçi"-"Xəzər-Lənkəran" görüşü həmişəki kimi, azarkeşlərə əvvəldən axıradək maraqlı və gərgin mübarizə vəd edir. Turun qalan matçları isə bunlardır: "Rəvan"-"Simurq", "Kəpəz"-"Bakı", AZAL-"Qəbələ", "Qarabağ"-"Sumqayıt Şəhər" və "Turan"-"İnter".

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında