Şahmat Olimpiadasında növbəti qələbələrimiz

Türkiyənin Kocaeli şəhərində keçirilən yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının iştirakçıları bir günlük istirahətdən sonra dünən yeni qüvvə ilə mübarizəni davam etdirməyə başlamışlar.
Yeddinci turda Azərbaycan şahmatçılarının rəqibi Gürcüstan yığması olmuşdur. Komandamızın kapitanı Cahangir Ağarəhimov bu dəfə Nicat Abbasov, Ülvi Bacarani, Misrəddin İsgəndərov və Şücaət Orucovdan ibarət heyətlə çıxış etməyi qərara almışdı. Matç 2,5:1,5 hesabı ilə təmsilçilərimizin xeyrinə başa çatmışdır.
Bu görüşdə Abbasov və Orucov qalib gəlmiş, Bacarani heç-heçə oynamış, İsgəndərov isə uduzmuşdur.
Liderlər qrupunda olan komandaların iştirakı ilə keçirilmiş daha iki matç belə nəticələnmişdir: Hindistan-Rusiya - 1:3, Ermənistan-İran - 2:2.
Bu görüşlər gündüz oynanılmışdır. Axşam isə rəqiblər səkkizinci turun matçlarında qarşılaşmışlar. Bu dəfə Azərbaycan şahmatçıları isveçrəli yaşıdları ilə görüşmüş və bir gündə ikinci qələbəyə sevinmişlər - 3:1.
Bu gün keçiriləcək doqquzuncu turda komandamızın rəqibi Türkiyə şahmatçıları olacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında