İdman xəbərləri. Azərbaycan istirahətə Ermənistan üzərində qələbə ilə çıxdı

Yeniyetmə şahmatçılardan ibarət milli komandamız Türkiyənin Kocaeli şəhərində keçirilən Ümumdünya Olimpiadasında növbəti, dördüncü qələbəsini qazanmışdır. Bu dəfə həmvətənlərimiz hələlik turnir cədvəlinin birinci pilləsində olan Ermənistan yığmasını məğlubiyyətlə barışmağa məcbur etmişlər - 2,5:1,5.
Bu matçda Azərbaycanın qələbəsini dördüncü taxtada Misrəddin İsgəndərovun müvəffəqiyyəti təmin etmişdir. Təmsilçimiz qaralarla oynamasına baxmayaraq, 52-ci gedişdə Arman Mikaelyanla görüşdən qalib ayrılmışdır. Yeri gəlmişkən, Misrəddin Olimpiadada inamlı oyunu ilə diqqət mərkəzindədir. Gənc şahmatçımız keçirdiyi altı görüşün hamısında rəqiblərindən üstün olmuşdur. Bu isə yüzfaizli nəticə deməkdir. Ermənistanla matçın digər üç görüşündə Nicat Abbasov, Ülvi Bacarani və Kənan İzzət hərəyə yarım xal qazanmışlar.
Altıncı turun daha üç prinsipial matçı belə nəticələnmişdir: Rusiya-Gürcüstan - 2,5:1,5, İran-Çexiya - 4:0, Slovakiya-Hindistan - 0:4.
Finişə dörd tur qalmış medallar uğrunda mübarizədə əsas rəqiblərin turnir vəziyyəti belədir: 1. Ermənistan - 17,5, 2. Rusiya - 17, 3. İran - 16, 4. Azərbaycan - 15,5, 5. Hindistan - 15,5, 6. Gürcüstan - 15 xal. Xatırladaq ki, komandamız əvvəlki turlarda İngiltərə, Çexiya və Rusiya yığmalarına da qalib gəlmiş, İran və Hindistanla isə heç-heçə oynamışdır.
Dünən Olimpiadada istirahət günü idi. Bu gün yeddinci və səkkizinci turların matçları keçiriləcəkdir. Bizim vaxtla saat 12-də başlanacaq yeddinci turda Azərbaycan şahmatçılarının rəqibi Gürcüstan komandası olacaq. Saat 18-də isə səkkizinci tura start veriləcəkdir.

{nl}

Heç kim ümidini itirməyib
Xorvatiyada keçirilən 17 yaşınadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatı birinci seçmə mərhələsinin ikinci turunda Azərbaycan yığması gərgin oyunda Belçika kollektivinə, ukraynalı yeniyetmələr isə xorvatiyalı yaşıdlarına eyni hesabla (0:1) uduzduqdan sonra 7-ci qrupun turnir cədvəlində mürəkkəb vəziyyət yaranmışdır.
İki turdan sonra bütün dörd komandanın hərəyə 3 xalı vardır. Topların daha yaxşı fərqinə görə Ukrayna liderdir (2-1). Azərbaycan və Xorvatiyada bu göstərici 2-2, Belçikada isə 1-2-dir. Qrupda hansı iki komandanın ilk iki yeri tutub növbəti mərhələyə vəsiqə qazanacağı sabah keçiriləcək oyunlardan sonra məlum olacaq. Finişdə futbolçularımızı Ukrayna ilə görüş gözləyir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında