Olimpiadada yolun yarısı keçildi

Türkiyənin Kocaeli şəhərində keçirilən 16 yaşınadək şahmatçılardan ibarət komandalar arasında Ümumdünya Olimpiadasında yolun yarısı arxada qalmışdır.
Turnirə ingiltərəli, çexiyalı və rusiyalı rəqibləri üzərində ardıcıl üç qələbə ilə başlayan Azərbaycan təmsilçiləri ötən çərşənbə gününə təsadüf etmiş növbəti iki turda iki heç-heçə ilə kifayətlənmişlər. Həmin gün komandamızın Hindistan və İran şahmatçıları ilə matçları 2:2 hesabı ilə başa çatmışdır.
İran komandası ilə görüşdə həmyerlilərimizdən təkcə Misrəddin İsgəndərov qələbə qazanmağı bacarmışdır. Ülvi Bacarani və Kənan İzzət rəqibləri ilə heç-heçəyə razılaşmış, Nicat Abbasov isə uduzmuşdur.
Beş turdan sonra Azərbaycan yığması 13 xalla turnir cədvəlində dördüncü mövqedə idi və üçüncü yeri tutan Gürcüstan komandasından yarım xal geri qalırdı.
Dünən Bakı vaxtı ilə saat 18-də başlanan altıncı turda Azərbaycan şahmatçıları Ermənistan komandası (16 xal) ilə görüşmüşlər. Xatırladaq ki, Ümumdünya Olimpiadası on turdan ibarətdir və yarışa oktyabrın 31-də yekun vurulacaqdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında