İdman xəbərləri. Azərbaycan Rusiyadan da dəqiq oynadı

Azərbaycanın 16 yaşlı oğlanlardan ibarət yığma komandası Türkiyənin Kocaeli şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasının ilk üç turunu üç qələbə ilə başa vurmuşdur. Startda İngiltərə və Çexiya komandalarını müvafiq surətdə 3:1 və 3,5 : 0,5 hesabı ilə məğlubiyyətə uğradan həmvətənlərimiz üçüncü turda reytinqə görə Olimpiadanın 1 nömrəli komandası Rusiya şahmatçılarına da qalib gəlmişlər - 2,5 : 1,5.
Bu matçın taleyini dördüncü taxtada Misrəddin İsgəndərovun qələbəsi həll etmişdir. Digər üç taxtada isə Nicat Abbasov, Ülvi Bacarani və Kənan İzzət rəqibləri ilə heç-heçəyə razılaşmışlar.
Üç turdan sonra Azərbaycan yığması kimi Ermənistan və Gürcüstan komandalarının da hesabında üç qələbə var idi . Dünən səhər keçirilən dördüncü turda təmsilçilərimiz Hindistan şahmatçıları ilə görüşmüşlər. Bu görüş heç-heçə başa çatmışdır - 2:2. Axşam isə beşinci turun matçları oynanılmışdır.

{nl}

Turnir sahibləri üzərində qələbə
Ölkəmizin 17 yaşlı futbolçulardan ibarət yığma komandası Xorvatiyada keçirilən Avropa çempionatının ilkin seçmə mərhələsinin birinci oyun günü çətin sınaqdan şərəflə çıxmışdır. Təbriz Həsənovun yetirmələri meydan sahiblərinə qarşı oynamalarına baxmayaraq, özlərini evdəki kimi hiss etmiş və turnirə qələbə ilə başlamışlar - 2:1.
Xorvatlarla görüşdə müvəffəqiyyət 7-ci qrupda ilk iki yerdən birini tutub növbəti mərhələyə vəsiqə qazanmaq üçün gənc futbolçularımıza yaxşı zəmin yaratmışdır. İndi qalır bu uğuru bir qədər də inkişaf etdirmək.
Start turunun digər oyununda Ukrayna yığması Belçika komandasını iki cavabsız qolla məğlubiyyətə uğratmışdır - 2:0. Bu günə təyin edilmiş ikinci turda Azərbaycan-Belçika və Ukrayna-Xorvatiya görüşləri keçiriləcəkdir.

{nl}

Qalib komanda İstanbula gedəcək
Bu yaxınlarda Qətərin paytaxtı Doha şəhərində keçirilmiş qadın voleybol klubları arasında dünya çempionatının qızıl medallarını qazanmış Bakının "Rabitə" komandasının böyük müvəffəqiyyətindən sonra tezliklə paytaxtımızda təşkil olunacaq milli komandaların təsnifatqabağı olimpiya turnirinə maraq, şübhəsiz, daha da artmışdır.
Noyabrın 8-dən 12-dək Bakı İdman Sarayında keçiriləcək yarışda altı rəqib mübarizə aparacaq. Azərbaycan voleybolçuları Bolqarıstan və Danimarka kollektivləri ilə birlikdə "B" qrupunda çıxış edəcəklər. "A" qrupuna isə Çexiya, Macarıstan və Ukrayna daxildir.
Bizim qızlar turnirə noyabrın 9-da bolqarlara qarşı görüşlə başlayacaq, ertəsi gün Danimarka komandası ilə oynayacaqlar. Hər qrupdan ən yaxşı iki kollektiv yarımfinala çıxacaq (11 noyabr). Final görüşü isə noyabrın 12-də olacaq. Həlledici matçın qalibi gələn ilin may ayında İstanbulda keçiriləcək London Olimpiadasına lisenziya turnirində iştirak etmək hüququ qazanacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında