İdman xəbərləri. Azərbaycan - İngiltərə - 3:1

Bu hesab Türkiyənin Kocaeli şəhərində keçirilən 16 yaşlı şahmatçılardan ibarət yığma komandalar arasında Ümumdünya Olimpiadasının birinci turunda qeydə alınmışdır. Startda təmsilçilərimizin qələbəsini Nicat Abbasov, Kənan İzzət və Misrəddin İsgəndərovun dəqiq gedişləri təmin etmişdir. Təkcə ikinci taxtada oynayan Ülvi Bacarani məğlubiyyətlə barışmalı olmuşdur.
On turdan ibarət Olimpiadanın medalları uğrunda 26 komanda mübarizə aparır və yarış iştirakçılarının siyahısında Azərbaycan (2361) reytinqə görə Rusiyadan (2455) sonra ikincidir. Birinci turda yığmamızla yanaşı, daha 12 komanda qələbə qazanmışdır.
Dünən rəqiblər iki turun matçlarında "münasibətləri aydınlaşdırmalı" idilər. Bakı vaxtı ilə saat 12-də başlanan ikinci "raundda" Azərbaycan şahmatçılarını çexiyalı yaşıdları ilə matç gözləyirdi. Komandamız bu görüşdən də qalib ayrılmışdır. Saat 18-də isə üçüncü tura start verildi. Bu dəfə rəqibimiz Rusiya komandası idi.

{nl}

Spartakiadanın ilk qalibləri
"Zenit" Cəmiyyəti Respublika Şurasının Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş və "Xalqın mənəvi və fiziki sağlamlığı uğrunda" devizi ilə keçirilən XIV spartakiadasının ilk qalibləri müəyyənləşmişdir.
Futzal turnirində qələbəni Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin komandası bayram etmişdir. İkinci-üçüncü mükafatları müvafiq surətdə Metropoliten İşçiləri Həmkarlar İttifaqları Birliyinin və Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin kollektivləri qazanmışlar.
Voleybol yarışında da ən yaxşı nəticəni avtonəqliyyatçılar göstərmişlər. İkinci yeri müdafiə sənayesi işçilərinin komandası tutmuş, üçüncü mükafata isə Baku Stil Kompanii İşçiləri Həmkarlar İttifaqları Birliyinin nümayəndələri sahib olmuşlar.

{nl}

Yanvarda, Hollandiyada...
Azərbaycanlı qrossmeysterlər Teymur Rəcəbov və Vüqar Həşimov gələn il yanvarın ikinci yarısında Hollandiyanın Veyk-an-Zee şəhərində keçiriləcək XXI kateqoriyalı superturnirdə iştirak edəcəklər.
Bu mötəbər yarışda onların rəqibləri Maqnus Karlsen (Norveç), Levon Aronyan (Ermənistan), Sergey Karyakin (Rusiya), Veselin Topalov (Bolqarıstan), Vasili İvançuk (Ukrayna), Qata Kamski (ABŞ), Boris Gelfand (İsrail) və daha bir neçə məşhur qrossmeyster olacaq.
Hələlik isə Rəcəbov və Həşimov Azərbaycan milli komandasının digər üzvləri Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Eltac Səfərli ilə birlikdə noyabrın 3-də Yunanıstanda başlanacaq Avropa çempionatına hazırlaşırlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}



© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında