İdman xəbərləri. "Qarabağ"ın ikiqat sevinci

Azərbaycan milli futbol çempionatının 10-cu turunun ötən bazar gününə təsadüf edən son iki oyununun ("Turan" - "Sumqayıt Şəhər" - 1:0, "İnter" - "Qəbələ" - 1:1) nəticələri də turnir cədvəlində öz əksini tapdıqdan sonra məlum oldu ki, bu tur hazırda cədvəlin birinci yarısında qərar tutmuş altı klubdan "Qarabağ"a daha çox sevinc gətirmişdir.
Əvvəla, turun birinci oyun günü Ağdam komandası Zaqatalada "Simurq"la görüşdən qələbə ilə qayıtmış (0:1), ikincisi isə medallar uğrunda mübarizədə Qurban Qurbanovun yetirmələrinin əsas rəqiblərindən "İnter" və "Qəbələ" ilə yanaşı, öz aralarında heç-heçə oynayan (2:2) "Bakı" və "Xəzər-Lənkəran", eləcə də Gəncədə "Kəpəz"in müqavimətini qıra bilməyən (1:1) "Neftçi" bir xalla kifayətlənməli olmuşlar. Nəticədə, "Qarabağ" altıncı pillədən üçüncü mövqeyə yüksəlmişdir.
"Rəvan"ın növbəti müvəffəqiyyətini də qeyd edək. Bu dəfə rəqib meydanında AZAL-a qalib gələn (1:2) Unibank Premyer Liqasının debütantı çempionatda üçüncü qələbə sayəsində turnir cədvəlində bir addım da irəliləmişdir. İndi onu altıncı yerdə olan "Qəbələ"dən cəmi iki xal ayırır.

{nl}

O Q H M T X
1. "Xəzər-Lənkəran" 10 7 2 1 16-7 23
2. "İnter" 10 5 3 2 8-6 18
3. "Qarabağ" 9 5 2 2 11-6 17
4. "Neftçi" 9 5 1 3 12-7 16
5. "Bakı" 10 4 4 2 11-8 16
6. "Qəbələ" 10 4 3 3 12-11 15
7. "Rəvan" 10 3 4 3 13-13 13
8. "Kəpəz" 10 3 3 4 15-16 12
9. "Turan" 10 3 1 6 8-13 10
10. AZAL 10 2 4 4 11-14 10
11. "Simurq" 10 2 2 6 7-12 8
12. "Sumqayıt Şəhər" 10 0 3 7 3-14 3
Növbəti turun oyunları oktyabrın 28-də ("Qarabağ"- "Bakı", "Xəzər-Lənkəran" - "Gəncə), 29-da ("Qəbələ" - "Simurq", "Neftçi" - "Turan") və 30-da ("Rəvan" - "İnter", "Sumqayıt Şəhər" - AZAL) keçiriləcəkdir. Bu gün isə birinci turdan buraxılmış "Neftçi" - "Qarabağ" görüşü oynanılacaq.

{nl}

17 yaşlılar Xorvatiyada
Bu gün Xorvatiyada 17 yaşlı futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində 7-ci qrup komandalarının turnirinə start veriləcəkdir. Bu qrupda növbəti mərhələyə vəsiqə uğrunda Xorvatiya, Azərbaycan, Ukrayna və Belçika komandaları mübarizə aparacaqlar.
Turnirin elə birinci turunda gənc futbolçularımızı çətin sınaq gözləyir. Bu gün Bakı vaxtı ilə saat 18.30-da başlanacaq oyunda rəqibimiz meydan sahibləri olacaq. Azərbaycan komandası növbəti iki görüşü isə oktyabrın 27-də və 30-da müvafiq surətdə Belçika və Ukrayna futbolçularına qarşı keçirəcəkdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında