"Sağlamlıq-2011"in açılış mərasimi oldu

Oktyabrın 22-də Bakı İdman Sarayında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Rabitə İşçiləri MHİ Respublika Komitəsi "Spartak" KBTİC-nin Respublika Şurası ilə birgə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə və ölkəmizdə rabitənin yaradılmasının 130 illiyinə həsr edilmiş rabitə işçilərinin "Sağlamlıq-2011" respublika spartakiadasının final mərhələsinin təntənəli açılış mərasimi oldu.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov ölkəmizdə bütün sahələrin yüksək sürətlə inkişafından, müstəqillik illərində rabitə və idman sahəsində əldə edilən böyük nailiyyətlərdən danışdılar. Onlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin davam etdirdiyi uğurlu dövlət siyasəti nəticəsində Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrildiyini qeyd etdilər.
Açılış mərasiminin rəsmi hissəsindən sonra bədii hissə keçirildi.
Qeyd edək ki, 8 idman növü üzrə keçirilən "Sağlamlıq-2011"in final mərhələsində 17 komandanın tərkibində 600-dən çox idmançı qüvvəsini sınayır.
Yarışlar oktyabrın 22-dən noyabrın 26-na kimi davam edəcək.
"Sağlamlıq-2011" spartakiadasında qalib gələn komandaların idmançılarına fəxri fərmanlar, pul mükafatı, ümumkomanda hesabında mükafatalayiq yer tutan komandalara isə xatirə kubokları təqdim ediləcək.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında