Azərbaycan, Rusiya, Hindistan və daha 25 komanda

Türkiyənin Kocaeli şəhərində 16 yaşlı oğlanlardan ibarət komandalar arasında Ümumdünya Şahmat Olimpiadası start ərəfəsindədir. Yarışın saytında yerləşdirilmiş siyahıda Azərbaycan yığması reytinqə görə ikincidir - 2361 xal. Siyahıya Rusiya komandası (2455) başçılıq edir. Üçüncü yerdə isə Hindistandır (2351).
Olimpiadada ölkəmizin şərəfini Ülvi Bacarani, Misrəddin İsgəndərov, Kənan İzzət, Nicat Abbasov və Şücaət Orucovadan ibarət heyət qoruyacaq. Komandamızın rəqibləri Rusiya və Hindistan şahmatçıları ilə yanaşı, Ermənistan (2323), İran (2297), Qazaxıstan (2201), Çexiya (2191), İsveçrə (2165), Türkiyə (2138), Malayziya (2058), Gürcüstan (2033) və bir sıra başqa ölkələrin təmsilçiləri olacaqlar. Starta cəmi 28 komanda çıxacaq.
Ümumdünya Olimpiadasının açılış mərasimi oktyabrın 24-də keçiriləcəkdir. Birinci turun matçları da elə həmin günə təyin edilmişdir. Oktyabrın 25-də, 26-da və 29-da rəqiblər bir gündə iki turun görüşlərini oynayacaqlar. Oktyabrın 28-də isə yarış iştirakçıları istirahət edəcəklər. Olimpiadaya oktyabrın 31-də 10-cu turla yekun vurulacaqdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında