İdman xəbərləri. "Xəzər-Lənkəran" Bakıda, "Neftçi" Gəncədə

Unibank Premyer Liqasında təsnifat mərhələsinin birinci dövrəsi hiss edilmədən finişə yaxınlaşır. Bu gün "Bakı" - "Xəzər-Lənkəran" və "Simurq" - "Qarabağ" görüşləri ilə artıq 10-cu tura start veriləcəkdir. Sabah azarkeşlər AZAL - "Rəvan" və "Kəpəz" - "Neftçi" matçlarının şahidi olacaqlar. Tura oktyabrın 23-də "Turan" - "Sumqayıt Şəhər" və "İnter" - "Qəbələ" görüşləri ilə yekun vurulacaqdır.
Bu oyunlar ərəfəsində turnir cədvəlinin zirvəsində tək-tənha dayanmış Lənkəran klubunun mövqeyi kifayət qədər möhkəmdir. Doqquz görüşdə yeddi qələbə və bir heç-heçə sayəsində 22 xal toplayan lider cədvəldə ən yaxın izləyicisi "İnter"dən 5 xal irəlidir. Üçüncü-dördüncü pillələrdə irəliləyən "Neftçi" və "Bakı"nın hərəyə 15 xalı vardır, lakin ölkə çempionu bir oyun az keçirmişdir. Birinci altılqda sonrakı iki yeri tutan "Qəbələ" və "Qarabağ" da öz növbələrində paytaxt klublarından 1 xal geri qalırlar. Ağdam komandasının da ehtiyatda "Neftçi" ilə təxirə salınmış oyunu var.

{nl}

Üç qələbədən sonra üç heç-heçə
Qəzetimiz Sankt-Peterburqda M.İ. Çiqorinin xatirəsinə həsr edilmiş beynəlxalq turnirdə Azərbaycan şahmatçısı Vüqar Rəsulovun ilk üç turda üç qələbə qazanması haqqında məlumat vermişdi. Növbəti üç görüşdə isə təmsilçimiz rusiyalı Aleksandr Xalifman, ukraynalılar Yuri Kuzubov və Andrey Zontıx ilə heç-heçəyə razılaşmışdır.
Altı turdan sonra 4,5 xala malik Rəsulov turnir cədvəlinin ilk iki pilləsində olan Rusiya şahmatçıları Pavel Smirnov və Daniil Lintçevskidən 1 xal geri qalır. Dünən axşam keçirilən yeddinci turda həmyerlimiz Denis Xismatullin (Rusiya) ilə görüşmüşdür.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında