Olimpiya çempionumuzun növbəti mükafatı

Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) başa çatmış cüdo üzrə "Qran-Pri" turnirinin sonuncu günü daha bir Azərbaycan idmançısı fəxri kürsüdə təbrikləri qəbul etmişdir. 
Buna qədər 81 kiloqram çəki dərəcəsində çıxış edən, indi isə 90 kiloqram çəkidə mübarizə aparan Olimpiya çempionu Elnur Məmmədli turnirin bürünc mükafatçısı olmuşdur. London Olimpiadasına lisenziyanı, demək olar, özünə təmin etmiş tatami ustamız ilk dörd görüşdə Hollandiya, Kanada, Koreya və Özbəkistan cüdoçularına qalib gəlmiş, yarımfinalda isə isveçli rəqibinə uduzmuşdur. Bu məğlubiyyətə baxmayaraq, Məmmədli Əbu-Dabidə çıxışlarını medalla başa vurmuşdur. Bu, cüdoçularımızın indiki turnirdə ikinci mükafatı idi. Elnurun müvəffəqiyyəti və qadınların yarışında Ramilə Yusubovanın (63 kq) qazandığı gümüş mükafat sayəsində Azərbaycan yığması komanda hesabında 13-cü olmuşdur.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında