Xalqın mənəvi və fiziki sağlamlığı uğrunda

"İdmanımızın, bədən tərbiyəmizin çox geniş imkanları var. Biz bunu ümumxalq hərəkatına çevirməliyik. Ona nail olmalıyıq ki, bədən tərbiyəsi və idman Azərbaycanın hər bir gənci, hər bir vətəndaşı üçün bir adət, ənənə olsun, Azərbaycan gənci bir gün də bədən tərbiyəsi və idmandan kənarda qalmasın. Biz buna nail olmalıyıq. Bu xalqımızın gələcəyi üçün lazımdır".
Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında, bu sahədə bugünkü nailiyyətlərimizdə, respublikamızın əsl idman ölkəsinə çevrilməsində müstəsna xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin bir vaxtlar söylədiyi bu fikirlər bir daha təsdiq edir ki, dövlətimiz insan həyatının ayrılmaz tərkib hissəsi olan və əhaliyə, xüsusən də gənclərə nəcib keyfiyyətlər aşılayan sağlamlıq və gümrahlıq məşğələlərinə həmişə mühüm əhəmiyyət vermişdir. Azərbaycanda bədən tərbiyəsi və idman bu gün də böyük qayğı ilə əhatə olunmuşdur.
"Zenit"in Respublika Şurasının Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş XIV spartakiadası da cəmiyyətin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatlarda zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, bədən tərbiyəsi və idman işlərinin təşkilində fərqlənən kollektivlərin, ayrı-ayrı bacarıqlı idmançıların aşkara çıxarılması məqsədinə xidmət edir.
Spartakiadanın təşkilat komitəsinə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev başçılıq edir. Yarışların baş hakimi isə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Xəzər İsayevdir.
Respublika spartakiadasının ilkin mərhələləri yerlərdə əmək kollektivlərində keçirilmişdir. Final mərhələsinə isə oktyabrın 11-də AZAL-ın idman kompleksində futbol turniri ilə start verilmişdir. Artıq bu yarışın həlledici oyununda qarşılaşacaq rəqiblər məlumdur. Finalda Avtonəqliyyat və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin və Metropoliten İşçiləri Həmkarlar İttifaqları Birliyinin komandaları görüşəcəklər. Proqrama futbolla yanaşı, voleybol, daşqaldırma, kəndirdartma, stolüstü tennis, qol güləşi (armrestlinq), şahmat, dama nərd və güllə atıcılığı yarışları daxildir. Spartakiadaya noyabrın 23-də yekun vurulacaqdır.
"Zenit" Cəmiyyəti Respublika Şurasının XIV spartakiadasının təntənəli açılış mərasimi isə oktyabrın 21-də saat 15-də Milli Aviasiya Akademiyasının idman kompleksində olacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında