Olimpiya tatamisinə doğru daha bir addım

Azərbaycan cüdoçusu Ramilə Yusubova Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) keçirilən və XXX Yay Olimpiya Oyunlarına lisenziya xalları verən "Qran-Pri" turnirində yüksək ustalıq və əsl qələbə əzmi nümayiş etdirmişdir. Tatami ustamız mükafat fondu 200 min dollar olan yarışda 63 kq çəki dərəcəsində beş rəqibindən dördünü məğlubiyyətlə barışmağa məcbur etmiş və yalnız finalda uduzaraq gümüş medal qazanmışdır.
Fəxri kürsünün ikinci pilləsinə aparan yolda Ramilə ilk üç görüşdə braziliyalı, koreyalı, monqolustanlı rəqiblərinə heç bir ümid yeri qoymamış, yarımfinalda xorvatiyalı Mariana Miskoviçdən də güclü olduğunu inamla sübuta yetirmişdir. Cüdoçumuz qızıl medal uğrunda mübərizədə fransız Klariss Aqbenyuya məğlub olsa da, öz nəticəsindən razı qala bilər. Gümüş medal və 120 reytinq xalı kiçik müvəffəqiyyət deyil.
"Qran-Pri"nin ikinci günü həmyerlimizin qazandığı mükafat bu turnirdə bizim ilk medalımız idi. Buna qədər yarışın birinci günü mübarizəyə qoşulan Yusubovanın komanda yoldaşlarından heç kim mükafatçılar sırasına daxil ola bilməmişdi. Əbu-Dabidən Azərbaycana medalla qayıdan idmançımız London Olimpiadasına vəsiqə uğrunda mübarizədə öz reytinq xallarını artırmış və Olimpiya tatamisi üzərində çıxış etmək arzusuna bir qədər də yaxınlaşmışdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında