İdman xəbərləri. Aliyə Qarayeva "Qran-Pri"nin bürünc mükafatçısıdır

Sentyabrda Fransanın Monpelye şəhərində keçirilmiş bədii gimnastika üzrə dünya çempionatında uğurla çıxış edərək çoxnövçülükdə bürünc medalla yanaşı, London Olimpiadasına lisenziya da qazanmış Azərbaycan idmançısı Aliyə Qarayeva öz zəngin mükafatlar kolleksiyasına daha bir medal əlavə etmişdir.
Ölkəmizdə bədii gimnastikanın lideri bu dəfə Çexiyanın Brno şəhərində təşkil edilən "Qran-Pri" yarışlarında fərqlənmişdir. Aliyə çoxnövçülükdə yalnız rusiyalılar Yevgeniya Kanayeva və Darya Dmitriyevadan geri qalaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlmişdir.

{nl}


Ardıcıl üç qələbə
Azərbaycan şahmatçısı Vüqar Rəsulov Sankt-Peterburqda M.İ.Çiqorinin xatirəsinə həsr edilmiş 18-ci beynəlxalq turnirin startında ardıcıl üç görüşdən qalib ayrılmışdır.
Birinci turda Estoniya təmsilçisi Roman Yezovu məğlubiyyətə uğradan təmsilçimiz növbəti iki oyunda rusiyalı rəqibləri Vladimir Froloçkin və Konstantin Sakayev üzərində qələbə qazanmışdır.
İsveçrə sistemi üzrə keçirilib doqquz turdan ibarət olan turnirin mükafatları uğrunda 200-dən çox iştirakçı mübarizə aparır. Üç turdan sonra 11 şahmatçı, o cümlədən Rəsulov hərəyə 3 xal toplamışlar. Dünən axşam keçirilən dördüncü turda Vüqar Aleksandr Xalifmanla (Rusiya) görüşmüşdür.

{nl}

O.BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında