Azərbaycan ikiqat Avropa çempionu ola biləcəkmi?

Ölkəmizin kişilərdən ibarət milli şahmat komandası noyabrın əvvəllərində Yunanıstanın Porto Karras şəhərində keçiriləcək Avropa çempionatında Teymur Rəcəbov, Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Eltac Səfərlidən ibarət heyətlə çıxış edəcəkdir. Çempionatın saytında yerləşdirilmiş yarış iştirakçılarının siyahısında (cəmi 38 komanda) Azərbaycan reytinqə görə Rusiya və Ukraynadan sonra üçüncüdür. 
Qitə birinciliyində Rusiya komandasının şərəfini Peter Svidler, Sergey Karyakin, Aleksandr Qrişuk, Aleksandr Morozeviç və Yan Nepomnyaşi qoruyacaqlar. Ukraynanı isə Vasili İvançuk, Ruslan Ponomaryov, Pavel Elyanov, Zaxar Yefimenko və Aleksandr Moiseyenko təmsil edəcəklər.
Qrossmeysterlərimiz Yunanıstana Avropa çempionları kimi yola düşəcəklər. İki il əvvəl Serbiyanın Novi-Sad şəhərində keçirilmiş qitə çempionatının qızıl komandası məhz Azərbaycan yığması olmuşdu. Görək təmsilçilərimiz Serbiyada qazanılmış həmin böyük müvəffəqiyyəti Yunanıstanda təkrar edə biləcəklərmi?
Qadın şahmatçıların Avropa çempionatında isə starta 28 komanda çıxacaq. Azərbaycan onların siyahısında reytinqə görə 17-cidir. Qızlar Porto Karrasda belə heyətlə yarışacaqlar: Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Nərmin Kazımova və Nərgiz Umudova.
Doqquz turdan ibarət çempionatın açılış mərasimi noyabrın 3-də olacaq. Birinci turun matçları da elə həmin gün keçiriləcəkdir. Hər iki turnirə noyabrın 11-də yekun vurulacaq.
Bu qeydlərə onu da əlavə edək ki, Avropa çempionatı başa çatdıqdan bir qədər sonra, dekabrın birinci yarısında Çin Xalq Respublikasında keçiriləcək ikinci Ümumdünya intellektual oyunları proqramında sürətli şahmatın rapid və blits növləri üzrə mötəbər beynəlxalq turnirlər də vardır. Bu yarışın mükafatları uğrunda 16 məşhur qrossmeyster, o cümlədən Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Sergey Karyakin, Aleksandr Qrişuk, Vasili İvançuk, Ruslan Ponomaryov, çinli Van Yue, ABŞ təmsilçisi Qata Kamski və başqaları mübarizə aparacaqlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında