İdman xəbərləri. 23-cü lisenziyamıza sevindik

Heydər Əliyev adına İdman-Konsert Kompleksində yenicə başa çatmış dünya çempionatında qızıl və gümüş medalla yanaşı, London Olimpiadasına 4 lisenziya qazanmış Azərbaycan boksçularından sonra daha bir idmançımız XXX Yay Olimpiya Oyunlarında iştirak etmək hüququnu sübuta yetirmişdir. Bu dəfə olimpiya vəsiqələrimizin sayını yüngül atlet Layeş Abdullayeva artırmışdır.
Təmsilçimiz Tbilisidə keçirilmiş Gürcüstan kuboku turnirində fərqlənmişdir. Abdullayevanın 3000 metr məsafəyə qaçışda göstərdiyi nəticə onun Olimpiada-2012-də çıxışını təmin etmişdir. Bununla da İngiltərə paytaxtında olimpiya startlarına çıxacaq Azərbaycan idmanı nümayəndələrinin lisenziyalarının sayı 23-ə çatmışdır.

{nl}

Dünya çempionatı. "Rabitə" - "Çanq"
Azərbaycan çempionu, Çempionlar Liqasında sonuncu turnirin finalçısı Bakının qadınlardan ibarət "Rabitə" voleybol komandası Qətərin paytaxtı Doha şəhərində təşkil olunmuş klublararası dünya çempionatında bu gün ilk görüşünü keçirəcəkdir. Startda bizim qızların rəqibi Tailandın "Çanq" komandası olacaq.
Bu rəqiblər Braziliyanın "Osako" klubu ilə birlikdə "B" qrupunda çıxış edirlər. Qrupun ilk oyununda Braziliya voleybolçuları tailandlılara 3:1 hesabı ilə qalib gəlmişlər.
Daha üç komanda "Vakifbank" (Türkiyə), "Mirador" (Dominikan Respublikası) və "Keniya Prizons" (Keniya) klubları isə "A" qrupunda mübarizə aparırlar. Bu qrupda turnir "Vakifbank"ın "Mirador" üzərində qələbəsi ilə başlanmışdır - 3:0.
"Rabitə" ikinci görüşü sabah braziliyalılara qarşı keçirəcək. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala çıxacaqlar. Dünya çempionu oktyabrın 14-nə təyin edilmiş final görüşündə müəyyənləşəcək.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında