Belə vidalaşmazlar!

Avstriya ilə oyun 2012-ci il Avropa çempionatının seçmə yarışları təqvimində Azərbaycan milli komandasının futbolçuları üçün öz tamaşaçıları qarşısında sonuncu görüş idi. Ancaq yığmamız pərəstişkarları ilə layiqincə vidaşlaşmağı bacarmadı. "Dalğa Arena"da qeydə alınan ağır məğlubiyyət (1:4) turnirin yekun cədvəlində onu ilk dəfə seçmə yarışlarının dördüncü pilləsində görmək ümidlərimizi alt-üst etdi.
Üstəlik, belə uğursuzluq bir ay əvvəl Belçika və Qazaxıstana qarşı görüşlərdə qazanılan 4 xalın da əhəmiyyətini müəyyən dərəcədə azaltdı. Azərbaycan komandası iki gündən sonra İstanbulda Türkiyə yığmasına qarşı keçirəcəyi oyunun nəticəsindən asılı olmayaraq finişdə sonuncudan əvvəlki, beşinci yerlə kifayətlənməli olacaq.
Futbolçularımız Avstriyaya əslində hələ birinci hissənin ortalarında, 27-ci dəqiqədə Saşa Yunisoğlu kobud oyuna görə meydançanı tərk etməyə məcbur olduqdan sonra uduzdular. Qalan bir saat ərzində mübariz əhval-ruhiyyədə olan rəqibə on nəfərlə bərabər səviyyədə müqavimət göstərmək hər kollektivin işi deyil. Komanda azlıqda oynayarkən Berti Foqtsun meydançaya gec buraxdığı, amma, hər halda, qısa vaxt ərzində öz sözünü deməyi bacaran Vüqar Nadirovun vurduğu top isə bizim üçün çox zəif təsəlli idi. Buna qədər artıq 0:3 hesabı ilə uduzurduq və vəziyyəti düzəltmək demək olar mümkün deyildi...
Həmin axşam Türkiyə komandası da qrupumuzun məğlubedilməz lideri Almaniya yığmasına uduzmaqla (1:3) ikinci yer uğrunda mübarizədə öz işini çətinə salmışdır. İndi qardaş ölkə futbolçularının turnir taleyi onların öz əllərində deyil.
O Q H M T X
Almaniya 9 9 0 0 31-6 27
Belçika 9 4 3 2 20-12 15
Türkiyə 9 4 2 3 12-11 14
Avstriya 9 3 2 4 16-17 11
Azərbaycan 9 2 1 6 10-25 7
Qazaxıstan 9 1 0 8 6-24 3
Qrupun turnir cədvəlinə tam aydınlıq oktyabrın 11-də gətiriləcək. Həmin gün Türkiyə-Azərbaycan görüşü ilə yanaşı, Almaniya-Belçika və Qazaxıstan-Avstriya matçları da oynanılacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında