İdman xəbərləri. SOCAR - Avropada ikinci, Rəcəbov - birinci taxtada birinci

Azərbaycanın SOCAR klubu Sloveniyanın Roqaşka-Slatina şəhərində yenicə başa çatmış şahmat üzrə Avropa çempionatının gümüş mükafatçısıdır. Yeddi matçdan altısında qələbə qazanan təmsilçimiz finişə 12 xalla çataraq yarışın qalibi Sankt-Peterburq Şahmat Federasiyasının komandasından (13 xal) sonra 65 rəqib arasında ikinci olmuşdur. Üçüncü yeri tutan Çexiyanın G-Team komandası da öz növbəsində SOCAR-dan bir xal geri qalmışdır.
Qrosmeysterlərimiz son iki görüşü xüsusilə yaxşı keçirmişlər. Güclü rəqiblər Rusiyanın "Tomsk-400" və Almaniyanın "Baden-Baden" komandaları ilə matçlarda komandamızın xeyrinə 4:2 hesabı qeydə alınmışdır. SOCAR-ın lideri Teymur Rəcəbov bu matçlarda müvafiq surətdə ağlarla Ruslan Ponomaryova və qaralarla Maykl Adamsa qalib gələrək birinci taxtada ən yaxşı nəticə göstərmiş (5 oyunda 4,5 xal) və kiçik qızıl medal qazanmışdır.
Xatırladaq ki, Avropa çempionatında Azərbaycan klubunun şərəfini Rəcəbovla yanaşı, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Aleksandr Qrişuk (Rusiya), Emil Sutovski (İsrail), Andrey Volokitin (Ukrayna) və Rüstəm Qasımcanov (Özbəkistan) qorumuşlar. Gümüş mükafat yalnız ikinci dəfə belə yarışlarda çıxış edən SOCAR üçün kiçik müvəffəqiyyət deyil.

{nl}

Serbiya, Almaniya, Türkiyə
Qadın komandaları arasında Avropa çempionatının medalları bu üç ölkənin voleybolçularına təqdim olunmuşdur. Qitə çempionu adını serbiyalı ustalar qazanmışlar. Onlar Belqradda keçirilən final görüşündə Almaniya komandasına qalib gəlmişlər - 3:2.
Bürünc medallara Türkiyə kollektivi sevinmişdir. Qardaş ölkə voleybolçuları üçüncü yer uğrunda oyunda italiyalı rəqiblərini məğlubiyyətə uğratmışlar. Bu görüşdə də 3:2 hesabı qeydə alınmışdır.
Növbəti Avropa çempionatı 2013-cü ildə Almaniya və İsveçrədə keçiriləcəkdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında