Azərbaycan boksçusunun inamlı qələbəsi

Heydər Əliyev adına İdman-Konsert Kompleksində davam edən XXX Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında dünən daha bir boksçumuz rinqə dəvət olunmuşdur.
İyun ayında Ankarada keçirilmiş Avropa çempionatının bürünc mükafatçısı Heybətulla Hacıəliyev (64 kq) misirli İslam Əliyə 15:7 hesabı ilə qalib gələrək dünya çempionatının medalına və olimpiya lisenziyasına doğru yolda ilk addım atmışdır.
Xatırladaq ki, çempionatın əvvəlki günlərində mübarizəyə qoşulan üç boksçumuzdan ikisi Rəhim Nəcəfov (56 kq) və Emil Əhmədov (69 kq) elə ilk döyüşlərdən sonra turnirdə çıxışlarını dayandırmalı olmuşlar, indoneziyalı rəqibi üzərində qələbə sayəsində növbəti mərhələdə mübarizəni davam etdirmək hüququ qazanmış Elvin Məmişzadə (52 kq) isə oktyabrın 2-də Fransisko Torresə (İspaniya) qarşı keçirəcəyi görüşü gözləyir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında