İdman xəbərləri. Azərbaycan Hollandiyaya qarşı

Ölkəmizin qadınlardan ibarət milli voleybol komandası İtaliya və Serbiyanın birgə təşkil etdikləri Avropa çempionatının final mərhələsində mübarizəni davam etdirmək hüququ qazanmışdır. Bizim qızlar İtaliyanın Montsa şəhərində Türkiyə yığmasına və yarış sahiblərinə uduzduqdan sonra Xorvatiya komandası ilə çox mühüm görüşdən qalib ayrılaraq (3:1) İtaliya və Türkiyədən sonra "B" qrupunda üçüncü yeri tutub növbəti mərhələyə çıxmışlar.
Ağır mübarizə şəraitində davam edən Azərbaycan - Xorvatiya matçının ən məhsuldar oyunçusu Natalya Məmmədova olmuşdur. Yığmamızın lideri komandasına 27 xal qazandırmışdır. Onun rəfiqəsi Polina Rəhimova da görüşü yüksək səviyyədə keçirmişdir - 23 xal.
İndi Faiq Qarayevin yetirmələri Avropa çempionatının pley-off mərhələsində Hollandiya kollektivi ilə qarşılaşacaqlar. Hollandlar ilkin turnirdə Rusiya, İspaniya və Bolqarıstan komandaları ilə birlikdə "D" qrupunda çıxış etmiş və Rusiya voleybolçularından sonra ikinci yeri tutmuşlar. Azərbaycan və Hollandiya komandalarının görüşü bu gün elə həmin Montsa şəhərində keçiriləcəkdir. Bu oyunun qalibi dörddəbir finala vəsiqə qazanıb qitənin ən güclü səkkiz komandası sırasında mübarizəni davam etdirəcəkdir.

{nl}

SOCAR-ın xeyrinə 5,5:0,5
Azərbaycanın SOCAR komandası Sloveniyanın Roqaşka-Slatina şəhərində keçirilən şahmat üzrə klublararası Avropa çempionatına inamlı qələbə ilə başlamışdır. Təmsilçimiz birinci turda Almaniyanın "Soliengen"klubunu 5,5:0,5 hesabı ilə məğlubiyyətə uğratmışdır.
Xəbər verdiyimiz kimi, SOCAR Avropa çempionatında Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, habelə Aleksandr Qrişuk (Rusiya), Emil Sutovski (İsrail), Andrey Volokitin (Ukrayna) və Rüstəm Qasımcanovdan (Özbəkistan) ibarət heyətlə yarışır. Start turunda Rəcəbov və Qrişuk oynamamışlar. Məmmədyarov rəqibi ilə heç-heçəyə razılaşmış, Sutovski, Volokitin, Qasımcanov, Məmmədov və Səfərli isə qələbə qazanmışlar.
Çempionatın medalları uğrunda 65 komanda mübarizə aparır. Turnir İsveçrə sistemi üzrə keçirilir və yeddi turdan ibarətdir. Dünən axşam ikinci turun matçları oynanılmışdır. SOCAR bu dəfə İtaliyanın "Libertas Nereto" klubu ilə görüşmüşdür.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında