Heydər Əliyev adına İdman-Konsert Kompleksində boks üzrə dünya çempionatının başlanması ilə bağlı mətbuat konfransı keçirilmişdir

Sentyabrın 26-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində boks üzrə 16-cı dünya çempionatının başlanması ilə bağlı mətbuat konfransı keçirilmişdir.
Mətbuat konfransında çıxış edən Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu, idmançılar üçün hər cür şəraitin yaradıldığını bildirmişdir. Azərbaycan paytaxtının bir çox beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyini diqqətə çatdıran AİBA-nın prezidenti, çempionatın açılış mərasiminin zövqlə tərtib olunduğunu qeyd etmişdir.
Çinq-Kuo Vu Azərbaycanda idmanın bütün növlərinə diqqət və qayğının yüksək səviyyədə olduğunu bildirmiş, xüsusilə həvəskar boksa olan marağın bundan sonra da yüksələn xətlə davam edəcəyinə ümidvar olduğunu vurğulamışdır. AİBA çempionatın şəffaf və obyektiv şəkildə keçirilməsi üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmişdir.
Çinq-Kuo Vu boksun dünyada daha geniş müstəvidə yayılması üçün təşkilatın gördüyü işlərdən danışmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında