Azərbaycan Boks Federasiyasının inzibati binasının təməlqoyma mərasimi keçirilmişdir

Sentyabrın 25-də Bakıda Azərbaycan Boks Federasiyasının inzibati binasının təməlqoyma mərasimi keçirilmişdir.
Tədbirdə Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu və digər rəsmi şəxslər iştirak etmişlər.
Bildirilmişdir ki, federasiyanın inzibati binasının inşası üçün 2 hektar torpaq sahəsi ayrılmışdır. Binada 500 nəfərlik idman kompleksi, 200 nəfərlik mehmanxana, üzgüçülük hovuzu və avtodayanacaq fəaliyyət göstərəcəkdir. Bununla yanaşı, burada transformator yarımstansiyası, qazanxana, nasosxana və su anbarı da quraşdırılacaqdır.
ABF-nin prezidenti Kəmaləddin Heydərov və AİBA-nın prezidenti Çinq-Kuo Vu beton qarışığı tökən qurğunu işə salmış və metal gilizi bünövrəyə atmışlar.
Sonda xatirə şəkli çəkdirilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında