Aliyə Qarayeva dünya çempionatının bürünc mükafatçısıdır

Azərbaycan idmanı üçün çox əlamətdar olan bu hadisə Fransanın Monpelye şəhərində baş vermişdir. Təmsilçimiz Aliyə Qarayeva orada keçirilən London Olimpiadasına lisenziya xarakterli dünya çempionatında şəxsi çoxnövçülük yarışlarının yekununda üçüncü yeri tutub bürünc medala sahib olmuş və XXX Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdır. Final yarışlarında hakimlər onun çıxışını 112,450 xalla qiymətləndirmişlər.
Çoxnövçülükdə ən yaxşı nəticəni isə Rusiya idmançısı Yevgeniya Kanayeva göstərmişdir (116,650 xal). Gümüş mükafat digər rusiyalı gimnast Darya Kondakovaya təqdim olunmuşdur (116,600).
Bununla da dünya çempionatında şəxsi yarışlara yekun vurulmuşdur. Dünən qrup hərəkətləri üzrə komandalar mübarizəyə başlamışlar. Onların turnirinin qalib və mükafatçıları bu gün məlum olacaq. Xatırladaq ki, qrup hərəkətləri komandalarının yarışında ilk altı yerin sahibləri Olimpiya oyunlarına lisenziya qazanacaqlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında