İdman xəbərləri. Monpelyedə finiş yaxınlaşır

Fransanın Monpelye şəhərində finişə yaxınlaşmaqda olan bədii gimnastika üzrə dünya çempionatının iştirakçıları gürzlər və lentlə final yarışlarında çıxışlarını başa vurmuşlar. Azərbaycan idmançıları arasında daha yaxşı nəticə göstərən Aliyə Qarayeva gürzlərlə təmrinlərin icrasında dördüncü olmuş (28,100 xal), lentlə hərəkətlərdə isə beşinci yeri tutmuşdur (27,975).
Hər iki təmrində dünya çempionu adını rusiyalı Yevgeniya Kanayeva qazanmışdır (müvafiq surətdə 29,600 və 29,400 xal). Gümüş medallar onun həmvətəni Darya Kondakovaya təqdim olunmuşdur (29,300 və 29,250). Bürünc mükafatlara isə Bolqarıstan təmsilçisi Silviya Miteva sevinmişdir (hər iki hərəkətdə 28,300 xal).
Fərdi çoxnövçülükdə təsnifat yarışlarından sonra Qarayeva 84,100 xalla üçüncü olmuşdur. İlk iki yeri Kanayeva (87,775) və Kondakova (87,400) tutmuşlar. Dünən axşam çempionat iştirakçıları çoxnövçülüyün final yarışlarında mübarizə aparmışlar. Bu gün isə qrup hərəkətləri üzrə komandalar starta çıxacaqlar.

{nl}

Avropa çempionatı başlandı
Dünən axşam İtaliya və Serbiyada qadın voleybol komandaları arasında Avropa çempionatının final mərhələsinə start verilmişdir. Azərbaycan yığmasının daxil olduğu "B" qrupunun oyunları İtaliyanın Montsa şəhərində keçirilir. Qrupda bizim qızların rəqibləri İtaliya, Türkiyə və Xorvatiya komandalarıdır.
İlkin mərhələ yarışları dörd qrupda keçirilir. Digər üç qrupun tərkibi belədir: "A" qrupu. Almaniya, Ukrayna, Fransa, Serbiya. "C" qrupu. İsrail, Polşa, Rumıniya, Çexiya. "D" qrupu. Rusiya, Hollandiya, İspaniya, Bolqarıstan.
Qrupların qalibləri birbaşa dörddəbir finala çıxacaqlar. İkinci-üçüncü yerləri tutan komandalar isə dörddəbir finalda mübarizə aparmaq hüququnu pley-off mərhələsində əlavə oyunlarda sübuta yetirməlidirlər.
Avropa çempionatının finalçıları qızıl və gümüş medallarla yanaşı, noyabrda Yaponiyada keçiriləcək Dünya kuboku yarışına vəsiqə qazanacaqlar. London Olimpiadası - 2012-yə ilk üç lisenziya məhz bu turnirdə oynanılacaq.
Azərbaycan voleybolçuları qitə birinciliyinə dünən Bakı vaxtı ilə saat 20.30-da Türkiyə komandasına qarşı oyunla başlamışlar. Yığmamızın növbəti rəqibi bu gün İtaliya kollektivi olacaq. Azərbaycan -Xorvatiya görüşü isə sabah keçiriləcəkdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında