Daha bir olimpiya lisenziyası

Azərbaycan idmançıları London Olimpiadasına daha bir lisenziya qazanmışlar. Bu dəfə velosiped idmanı üzrə ölkə yığma komandasının üzvü Yelena Çalıx fərqlənmişdir.
Respublika Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin dünən bu barədə yaydığı xəbərdə bildirilir ki, o, Danimarkanın paytaxtı Kopenhagendə keçirilən dünya çempionatında 27,8 kilometr məsafəyə yarışda 13-cü yeri tutmuş və həmin məsafədə göstərdiyi nəticə ilə Olimpiadaya vəsiqəni özünə təmin etmişdir.
Velosipedçimizin bu uğurundan sonra Azərbaycan idmançılarının olimpiya lisenziyalarının sayı 17-yə çatmışdır.

{nl}

Rekordçu çempionat
Hər şeydən göründüyü kimi, tezliklə Heydər Əliyev adına İdman-Konsert Kompleksində başlanacaq London Olimpiadasına lisenziya xarakterli boks üzrə dünya çempionatı idmanın bu növünün tarixinə rekordçu çempionat kimi daxil olacaq. Zarafat deyil, Bakı rinqində dünya çempionatının medalları və olimpiya lisenziyaları uğrunda 127 ölkənin 700-ə qədər boksçusu mübarizə aparacaq.
Paytaxtımızda dünyanın ən yaxşı fəxri dəri əlcək ustalarının görüşlərinə sentyabrın 26-da start veriləcək. Çempionat oktyabrın 8-də final döyüşləri ilə başa çatacaqdır.
Dünya çempionatı on çəki dərəcəsində keçiriləcəkdir. Boksçumuz Soltan Migitinov 75 kiloqram çəki dərəcəsində XXX Yay Olimpiya Oyunlarına vəsiqə qazandığı üçün yığmamız qarşıdakı yarışda bu çəkidə təmsil olunmayacaq. Qalan doqquz çəki dərəcəsində Azərbaycana Salman Əlizadə (49 kq), Elvin Məmişzadə (52 kq), Rəhim Nəcəfov (56 kq), Elvin İsayev (60 kq), Heybətullah Hacıəliyev (64 kq), Emil Əhmədov (69 kq), Ramil Əliyev (81 kq), Teymur Məmmədov (91 kq) və Məmmədrəsul Məcidov (91 kq-dan yuxarı) medal və lisenziya qazandırmağa çalışacaqlar.

{nl}

Yeddinci tur starta çıxır
Bu gün üç oyunla Unibank Premyer Liqasında yeddinci tura start veriləcək. Turun daha çox maraq doğuran görüşlərində "Xəzər-Lənkəran" futbolçuları "Qəbələ"ni sınağa çəkəcəklər, "Neftçi" isə "Bakı"nı qəbul edəcəkdir. Təqvimdə bu günə təyin edilmiş daha bir oyunda "Turan"la "Rəvan" qarşılaşacaqlar.
Tura sabah "Sumqayıt Şəhər" - "Simurq", AZAL- "Qarabağ" və "İnter" - "Kəpəz" görüşləri ilə yekun vurulacaqdır.
Yeddinci tur ərəfəsində turnir cədvəlinə inamla başçılıq edən Lənkəran klubunun 16 xalı vardır. Liderin ən yaxın izləyiciləri "Bakı" və "Qəbələ" hərəyə 11 xal toplamışlar. Birinci altılığa həmçinin "İnter" (10 xal), ondan bir xal geri qalan "Neftçi" və "Kəpəz" daxildirlər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında