Aliyə Qarayeva və rəfiqələri Monpelyedə

Azərbaycan idmançısı Aliyə Qarayeva Fransanın Monpelye şəhərində keçirilən bədii gimnastika üzrə London Olimpiadasına lisenziya xarakterli dünya çempionatına inamla başlamışdır. Təmsilçimiz çempionatın birinci günü həlqə ilə təsnifat yarışlarında dörd qrupdan ikisinin çıxışlarından sonra ən yaxşı nəticə göstərmişdir - 28,175 bal. Digər gimnastlarımız Anna Qurbanova (25,500) və Zeynəb Cavadlı (25,450) müvafiq surətdə yeddinci və səkkizinci olmuşlar.
Dünən, dünya çempionatının ikinci günü Aliyə və rəfiqələri topla təmrinləri yerinə yetirmişlər. Sonra isə bu növ üzrə və həlqə ilə final yarışları keçirilməli idi. Ceyla Quliyeva, Aelita Xələfova, Səbinə Abbasova, Anastasiya Prasolova, Stefani Trayanova və Yevgeniya Jidkovadan ibarət qrup hərəkətləri komandamız medal və lisenziya uğrunda sentyabrın 24-25-də mübarizə aparacaq.
Çempionata sentyabrın 25-də yekun vurulacaqdır. Şəxsi yarışlarda ən yaxşı 15 iştirakçı, qrup hərəkətləri komandalarının turnirində ilk altı yerin sahibləri XXX Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar. Yeri gəlmişkən, məşhur mütəxəssis, Rusiya yığma komandasının baş məşqçisi İrina Viner dünya çempionatı ərəfəsində öz ölkəsinin jurnalistləri ilə söhbətində bir sıra başqa gimnastlarla yanaşı Aliyə Qarayevanın da layiqli rəqib olduğunu bildirmişdir.
Xatırladaq ki, sərbəst güləş ustalarımız dünya çempionu Şərif Şərifovun (84 kq), onun komanda yoldaşları bürünc mükafatçılar Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq) və Cəmaləddin Məhəmmədovun (120 kq) İstanbulda uğurlu çıxışlarından sonra Azərbaycan idmançılarının olimpiya lisenziyalarının sayı 16-ya çatmışdır. İndi bu göstəricini bir qədər də artırmaq növbəsi bədii gimnastlarındır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında