Sona Əhmədli dünya çempionatının bürünc mükafatçısıdır

İstanbul xalçası üzərində qadın güləşçilərin dünya çempionatında Azərbaycana növbəti medalı 59 kq çəki dərəcəsində çıxış edən Sona Əhmədli qazandırmışdır. Həmvətənimiz bürünc mükafat uğrunda görüşdə kanadalı rəqibi Amanda Herhartı məğlubiyyətə uğradaraq fəxri kürsünün üçüncü pilləsində təbrikləri qəbul etmişdir. Bununla da, Sona dünya birinciliklərində ikinci dəfə medal sevinci yaşamışdır. Xatırladaq ki, o, 2009-cu il dünya çempionatında gümüş medal qazanmışdı.
Təəssüf ki, 59 kq çəki dərəcəsi olimpiya çəkisi deyil. Bu səbəbdən də həmin çəkidə London Olimpiadasına lisenziya oynanılmırdı. Bununla belə, Əhmədli qarşısında duran vəzifənin öhdəsindən bacarıqla gələrək, ondan bir gün əvvəl fəxri kürsüyə yüksələn Azərbaycanda qadın güləşinin lideri, İstanbuldan gümüş medalla qayıdan Mariya Stadnikin (48 kq) və ötən il Sinqapurda keçirilmiş Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının çempionu, indi isə usta güləşçilərin dünya çempionatının bürünc mükafatçısı Patimat Baqomedovanın (51 kq) uğurlarını bir qədər də inkişaf etdirərək qadınların İstanbul turnirində medallarımızın sayını üçə çatdırmışdır. Yeri gəlmişkən, 51 kq çəki dərəcəsi də Olimpiya oyunları proqramına daxil olmadığından bu çəkidə də iştirakçılar yalnız dünya çempionatının medalları uğrunda mübarizə aparmışlar. Qadın güləşində gələn il keçiriləcək XXX Yay Olimpiya Oyunlarına ilk lisenziyamızı qazandırmış Stadnikin müvəffəqiyyətindən sonra isə Azərbaycan idmançılarının hesabında 12 olimpiya vəsiqəsi vardır.
Qadınların dünya çempionatına dünən axşam 67 və 72 kq çəki dərəcələrində görüşlərlə yekun vurulmuşdur. Bu çəkilərdə ölkəmiz müvafiq surətdə Nadya Sementsova və Dina İvanova ilə təmsil olunmuşdur.
Dünən həmçinin sərbəst üsulla güləşənlərin çempionatına start verilmişdir. Güləşin bu növündə təmsilçilərimiz arasında birinci olaraq mübarizəyə 55 kq çəki dərəcəsində çıxış edən Mahmud Maqomedov qoşulmuşdur. Bu gün və sabah isə onun komanda yoldaşları medal və lisenziya qazanmağa çalışacaqlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında