Azərbaycan üçün daha bir olimpiya lisenziyası

Azərbaycanın yunan-Roma üsulu ilə güləşənləri İstanbulda keçirilən dünya çempionatının ikinci günü fəxri kürsüyə yüksələ bilməsələr də, ölkəmizə London Olimpiadası - 2012-yə daha bir lisenziya qazandırmışlar. Bu vəsiqənin sevincini 84 kq çəki dərəcəsində çıxış edən Saman Təhmasibi yaşamışdır.
Təmsilçimiz hətta çempionatdan medalla da qayıda bilərdi. Hindistanlı və tunisli rəqibləri üzərində qələbələrdən sonra Belarus idmançısına uduzan güləşçimiz təsəlliverici görüşlərdə Qırğızıstan və Xorvatiya nümayəndələrinə qalib gələrək Finlandiya idmançısı ilə bürünc medal uğrunda mübarizə aparmaq hüququ qazanmışdır. Təəssüf ki, o, zədələndiyindən bu görüşdə xalça üzərinə çıxa bilməmişdir.
Həmin gün yarış meydanına dəvət olunan Azərbaycanın digər iki güləşçisi ötən il Moskvada keçirilmiş dünya çempionatının qalibi Həsən Əliyev (60 kq) və Məsud Həşimzadə (120 kq) isə uğursuzluğa məruz qalmışlar. İlk üç görüşdə müvafiq surətdə İspaniya və Polşanı təmsil edən Albert Baqumyan və Edvard Barseqyan, habelə Meksika idmançısı üzərində qələbələrdən sonra dörddəbir finalda güləş aləmində o qədər də tanınmayan venesuelalı Lopes Lyendoya uduzub fəxri kürsüdən kənarda qalan Əliyevin məğlubiyyəti daha acınacaqlı olmuşdur. Həşimzadə isə artıq ikinci dövrədə çıxışlarını dayandırmışdır.
Çempionatın ilk iki günündən sonra Azərbaycan "klassiklərinin" hesabında 1 qızıl medal və 2 lisenziya var idi. Xatırladaq ki, yarışların startında Rövşən Bayramov (55 kq) dünya çempionu olmuşdur. Onun və Təhmasibinin İstanbulda qazandıqları lisenziyalar Azərbaycan idmanı nümayəndələrinin XXX Yay Olimpiya Oyunlarına sayca 10-cu və 11-ci vəsiqələridir.
Yunan-Roma üsulu ilə güləşənlərin dünya çempionatına dünən axşam 74 kq çəki dərəcəsində çıxış edən rəqiblərin görüşləri ilə yekun vurulmuşdur. Bu çəkidə ölkəmizi Rafiq Hüseynov təmsil etmişdir.
Dünən həmçinin qadınların çempionatına start verilmişdir. Bizim qızlardan birinci olaraq mübarizəyə Mariya Stadnik (48 kq) və Patimat Baqomedova (51 kq) qoşulmuşlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında