İdman xəbərləri. Rövşən Bayramov dünya çempionudur !

Mübaliğəsiz demək olar ki, dünən İstanbulda başlanmış güləş üzrə dünya çempionatı planetin hər yerində ikiqat maraqla izlənilir. Axı bu yarışın iştirakçıları təkcə medallar uğrunda mübarizə aparmır, həm də gələn il Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışırlar.
Yeri gəlmişkən, qardaş ölkədə keçirilən turnir London Olimpiadasına aparan yolda idmanın bu növü üzrə lisenziya xarakterli ilk yarışdır.
Digər ölkələrin təmsilçiləri kimi, Azərbaycan güləşçiləri də dünya çempionatına səylə hazırlaşmışlar. Onlar aylarla davam edən gərgin və məqsədyönlü məşqlərdə yorulmadan ustalıqlarını artırmış, ağır sınaqları tam hazırlıqla qarşılamaq, medal və lisenziya qazanmaq vəzifəsinin öhdəsindən müvəffəqiyyətlə gəlmək üçün məşğələlərdə qüvvə və bacarıqlarını əsirgəməmişlər.
Sentyabrın 18-dək davam edəcək dünya çempionatında birinci olaraq "klassiklər" qalib və mükafatçıları müəyyənləşdirməyə başlamışlar. Sonra xalça üzərində onları qadın güləşçilər əvəz edəcəklər. Çempionata "sərbəstlərin" turniri ilə yekun vurulacaqdır.
Dünən Azərbaycanın yunan-Roma üsulu ilə güləşənlərindən xalça üzərinə Rövşən Bayramov (55 kq), Vitali Rəhimov (66 kq) və Şalva Qadabadze (96 kq) dəvət olunmuşlar. Bayramov ilk üç görüşdə bolqarıstanlı, yaponiyalı və macarıstanlı rəqiblərinə qalib gələrək yarımfinala çıxmış, bununla da olimpiya lisenziyası qazanmışdır. Yarımfinalda isə o, Çin idmançısını məğlubiyyətə uğratmışdır. Finalda Rövşən Belarus güləşçisinə də qalib gələrək dünya çempionu olmuşdur.

{nl}

Cədvələ əyalət üçlüyü başçılıq edir
"Xəzər-Lənkəran" - "Neftçi" - 1:0, "Bakı" - "Rəvan" - 3:2, "İnter" - "Simurq" - 1:0, "Qəbələ" - "Turan" - 2:1, "Kəpəz" - AZAL - 3:1, "Sumqayıt Şəhər" - "Qarabağ" - 0:0.
Ötən şənbə və bazar günləri Unibank Premyer Liqasının beşinci turunda qeydə alınmış bu nəticələrdən ikisi diqqəti daha çox cəlb edir: bir neçə illik fasilədən sonra yenidən "yüksək cəmiyyətə" qayıtmış Gəncə klubu daha bir inamlı qələbəyə sevinmiş, Sumqayıt futbolçuları isə Premyer Liqada ilk xallarını qazanmışlar. Özü də ölkəmizin ən nüfuzlu komandalarından biri ilə oyunda.
Bu da maraqlıdır ki, beş turdan sonra turnir cədvəlinin ilk üç pilləsində paytaxtın bir klubunu belə görmürük, cədvələ əyalət üçlüyü başçılıq edir. "Böyük oyun" da "Neftçi" üzərində qələbədən sonra xal ehtiyatını 13-ə çatdıran "Xəzər-Lənkəran" vahid liderdir, ikinci yeri ondan iki xal geri qalan "Qəbələ" tutur, üçüncü mövqeyə isə 9 xala malik "Kəpəz" yüksəlmişdir. Dördüncü-altıncı pillələrdə Bakı (8 xal), hərəyə 7 xal toplayan Ağdam futbolçuları və "təyyarəçilər" irəliləyirlər.
Təqvimdə sentyabrın 17-18-nə təyin edilmiş növbəti turda "Qarabağ" - "Xəzər-Lənkəran" və "Neftçi" - "Qəbələ" görüşləri diqqət mərkəzində olacaq. Bu turda azarkeşlər həmçinin AZAL - "İnter", "Simurq" - "Kəpəz", "Turan" - "Bakı" və "Rəvan" - "Sumqayıt Şəhər" görüşlərinin şahidi olacaqlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında