Rəcəbov və Həşimov yarımfinalın astanasında

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə Dünya kuboku yarışının səkkizdəbir final mərhələsində yalnız üç iştirakçı "əsas vaxtda" dörddəbir finala vəsiqənin taleyini öz xeyrinə həll edə bilmişdir.
Yarımfinalın astanasına birinci olaraq rusiyalı Dmitri Yakovenkonu 1,5:0,5 hesabı ilə məğlubiyyətə uğradan azərbaycanlı qrossmeyster Teymur Rəcəbov, müvafiq surətdə ABŞ təmsilçisi Qata Kamskiyə və ukraynalı Yaroslav Jerebuxa hər iki görüşdə qalib gələn Pyotr Svidler (Rusiya) və David Navara (Çexiya) çatmışlar.
Qalan beş cütdə iki görüşdən sonra hesab 1:1 idi və bu matçlarda dörddəbir finalçıları dünən keçirilən tay-breyklər müəyyənləşdirmişdir. Vüqar Həşimov səkkizdəbir finalın ilk görüşündə ağlarla danimarkalı Peter Hayne Nilsen üzərində qələbə qazansa da, ertəsi gün qara fiqurlarla bu üstünlüyü qoruyub saxlaya bilməmiş və gərgin mübarizə şəraitində davam edən görüşün 113-cü gedişində məğlubiyyətlə razılaşmalı olmuşdu. Sürətli oyunda da ilk iki görüş heç-heçə nəticələnmişdir - 1:1. Növbəti iki görüşdə isə Həşimov 2:0 hesabı ilə qalib gələrək dörddəbir finalda həmvətəni Rəcəbovu tək buraxmamışdır. Matçın ümumi nəticəsi Vüqarın xeyrinə 4:2 olmuşdur.
Dörddəbir finalda Rəcəbov ukraynalı Vasili İvançukla, Həşimov isə onun həmyerlisi Ruslan Ponomaryovla qarşılaşacaqlar. Bu mərhələdə həmçinin Yudit Polqar (Macarıstan) - Pyotr Svidler (Rusiya) və David Navara (Çexiya) - Aleksandr Qrişuk (Rusiya) matçları keçiriləcəkdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}



© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında