Olimpiada - 2012-yə doqquzuncu lisenziyamız

Azərbaycan idmançıları gələn il Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına qazandıqları lisenziyaların sayını getdikcə artırırlar.
Ölkəmizə növbəti olimpiya "bileti"nin sevincini akademik qayıqlarda avarçəkmə üzrə dünya çempionatında Natalya Mustafayeva yaşatmışdır. O, olimpiyaçı olmaq hüququnu Sloveniyanın Bled şəhərində keçirilmiş dünya çempionatında 2000 metr məsafəyə yarışda sübuta yetirmişdir. Bununla da təmsilçilərimizin Olimpiada - 2012-yə qazandıqları lisenziyaların sayı doqquza çatmışdır.
Xatırladaq ki, Mustafayevadan əvvəl yüngül atlet Dmitri Marşin, taekvondoçular Fəridə Əzizova və Ramin Əzizov, boksçu Soltan Migitinov, güllə atıcısı İradə Aşumova, kanoelərdə avarçəkənlər Sergey Bezuqlı - Maksim Prokopenko dueti (2000 metr), digər kanoeçi Valentin Demyanenko (200 m), akademik qayıqlarda avarçəkən Aleksandr Aleksandrov da (2000 metr) olimpiya vəsiqələrini özlərinə təmin etmişlər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında