Dünya kubokuna 16 iddiaçı qalır. Onlardan ikisi azərbaycanlı qrossmeysterlərdir

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya kuboku yarışı tədricən həlledici mərhələyə qədəm qoyur. Dünən keçirilən üçüncü mərhələnin tay-breyklərindən sonra daha 16 iştirakçı çıxışlarını başa vurub turnirlə vidalaşmış və avqustun 28-də mübarizəyə qoşulan 128 rəqibdən meydanda yalnız 16-sı qalmışdır. Onlardan ikisinin azərbaycanlı qrossmeysterlər olması isə idman ictimaiyyətimizin bu mötəbər yarışa marağını daha da artırır.
Vüqar Həşimov və Teymur Rəcəbov səkkizdəbir finala vəsiqəni "əsas vaxtda" özlərinə təmin etmişlər. Onlar üçüncü mərhələnin birinci raundunda müvafiq surətdə rusiyalı Yevgeni Tomaşevski və fransız Etyen Bakroya qarşı qaralarla oynadıqları görüşləri heç-heçə ilə başa çatdırmış, ertəsi gün isə ağ fiqurlarla rəqiblərini məğlubiyyətlə barışmağa məcbur etmişlər. Hər iki matçda 1,5:0,5 hesabı qeydə alınmışdır.
Şəhriyar Məmmədyarovun ukraynalı Yaroslav Jerebux ilə ilk iki görüşündə rəqiblərdən heç biri qələbə qazana bilməmiş, hər iki oyun heç-heçə başa çatmışdır - 1:1. Bu matçın taleyi dünən keçirilən rapiddə müəyyənləşmişdir. Təəssüf ki, Məmmədyarov "qısa" görüşlərdə uduzaraq (0,5:1,5) turnirdə mübarizəni dayandırmışdır.
Dördüncü mərhələnin ilk görüşləri bu gün oynanılacaq. Səkkizdəbir finalda Rəcəbovun rəqibi Dmitri Yakovenko (Rusiya) olacaq, Həşimov isə danimarkalı Hayne Peter Nilsenə qalib gəlməyə çalışacaq.{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında