Heç-heçəyə sevinib, Qazaxıstanla oyunu gözləyək

Azərbaycan milli komandasının futbolçuları 2012-ci il Avropa çempionatının seçmə yarışları çərçivəsində növbəti görüşdə belçikalı qonaqlarını mütəşəkkil oyun, kəskin hücumlar və rəqib qapısı ağzında yaradılan təhlükəli vəziyyətlərlə çox da narahat etməsələr də, hər halda, ingiltərəli hakim Li Probertin final işarəsinədək məğlubiyyətlə barışmayıb, son dəqiqələrdə bütün stadionu ayağa qaldıran cavab topu vurmağı bacardılar. Bununla da komandamız yüksək əzmkarlıq sayəsində "A" qrupunun liderlərindən biri ilə oyunda 1 xal qazandı.
İkinci hissənin əvvəllərində Timmi Simons penalti ilə hesabı açdıqdan sonra elə görünürdü ki, bu qol Belçika futbolçularını daha da ruhlandıracaq, meydança sahiblərinə isə əks təsir göstərəcək. Xoşbəxtlikdən, belə olmadı. Görüşü yüksək səviyyədə keçirən qapıçımız Kamran Ağayev bir neçə dəfə komandasını xilas edib hesabın böyüməsinə imkan vermədi, 86-cı dəqiqədə isə Azərbaycan komandasının nadir həmlələrindən birində Rauf Əliyev sağ cinahdan Mahir Şükürovun ötürdüyü topa başla gözəl zərbə endirib hesabı bərabərləşdirdi - 1:1.
Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq arzusu ilə yaşayan rəqiblə görüşdə qeydə alınmış heç-heçə iki gündən sonra Qazaxıstan yığmasını qəbul edəcək futbolçularımızın öz qüvvələrinə inamını yəqin ki, daha da artıracaq və onlar bu dəfə pərəstişkarlarını qələbə ilə sevindirəcəklər.
Azərbaycan komandasının Bakıya yalnız qələbə arxasınca gələn belçikalıları paytaxtımızdan məyus halda yola salması Türkiyə komandasına da kömək etmişdir. Həmin axşam öz meydanlarında, gözlənildiyinin əksinə olaraq, qazaxıstanlı rəqiblərinə çətinliklə qalib gələn (2:1) qardaş ölkə futbolçuları turnir cədvəlində ikinci pilləyə yüksəlmişlər. Artıq qitə birinciliyinin final mərhələsində olan Almaniya komandası isə Avstriya kollektivini ağır məğlubiyyətə uğradaraq (6:2) səkkiz oyunda səkkizinci qələbəsini qazanmışdır.
O Q H M T X
1. Almaniya 8 8 0 0 28-5 24
2. Türkiyə 7 4 1 2 11-8 13
3. Belçika 8 3 3 2 16-11 12
4. Avstriya 7 2 1 4 12-16 7
5. Azərbaycan 7 1 1 5 6-19 4
6. Qazaxıstan 7 1 0 6 3-17 3
Sentyabrın 6-da bizim qrupda Azərbaycan-Qazaxıstan görüşü ilə yanaşı daha bir oyun olacaq: Avstriya-Türkiyə.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında