Astarada dünya azərbaycanlilarinin həmrəyliyi gününə həsr olunmuş şahmat turniri keçirilir

Astara, 10 dekabr (AzərTAc). Astara şəhərindəki şahmat məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş respublika şahmat turniri keçirilir.

{nl}

"Təhsil" Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən turnirdə ölkəmizin 17 şəhər və rayonunın 76 idmançısı iştirak edir.

{nl}

Tədbir iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev parkına gələrək, ümummilli liderin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

{nl}

Turnirin açılışı mərasimdə çıxış edənlər ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından danışmış, Azərbaycan idmançılarının olimpiya oyunlarında, dünya və Avropa birinciliklərində qazandıqları nailliyyətləri diqqətə çatdırmış, idmançılar üçün yaradılan şəraitə və onlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

{nl}

8-16 yaşlı oğlanlar və qızlar arasında İsveçrə sistemi üzrə 9 turda keçirilən respublika turniri dekabrın 16-da başa çatacaqdır.

{nl}

Qaliblərə "Təhsil" Respublika İdman Mərkəzinin diplomları, fəxri fərmanları və xatirə hədiyyələri təqdim ediləcəkdir.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında