Azərbaycanın cüdo üzrə paralimpiya milli komandası dünya çempionu olmuşdur

Türkiyənin Antalya şəhərində martın 25-də start götürmüş cüdo üzrə dünya çempionatı başa çatmışdır.

{nl}

Yarışmada daha yaxşı nəticə göstərən Azərbaycanın cüdo üzrə paralimpiya milli komandası dünya çempionu olmuşdur.

{nl}

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, şəxsi birincilikdə idmançılarımızdan Afaq Sultanova 57 kiloqram çəki dərəcəsində, İlham Zəkiyev + 100 kiloqram çəki dərəcəsində qızıl, Ramin İbrahimov (60 kq), Natiq Novruzzadə (73 kq), Rövşən Səfərov (81 kq) isə bürünc medallara sahib olmuşlar.

{nl}

Paralimpiyaçı cüdoçularımız komanda yarışında Rusiya millisinə 3:2 hesabı ilə qalib gələrək dünya çempionu adını qazanmışlar.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında