Balakənli şahmatçıların uğurları

Ölkəmizdə şahmatın inkişafı, onun indiki səviyyəyə çatması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrdə şahmatın inkişafına göstərilən diqqət və qayğı nəticəsində respublikamızın bir çox şəhər və rayonlarında onlarla şahmat məktəbləri və klublar açılmış, şahmata maraq kütləvi xarakter almış və Azərbaycan şahmat məktəbi formalaşmağa başlamışdır.
Şahmata, şahmatçılara həssas münasibət, qayğı hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Balakən Rayon Şahmat üzrə Uşaq-Gənclər İdman Mərkəzinin direktoru Vaqif Ocaqverdiyev bu barədə dedi:
- Azərbaycanda tarixən şahmat geniş yayılmış ənənəvi oyunlardan biri olmuş və xalqımızın mədəniyyətində özünəməxsus yer tutmuşdur. İntellektual idman növü kimi şahmatın inkişafına ötən əsrin 70-ci illərindən etibarən respublikamızda böyük diqqət göstərilmişdir. Bu məqsədlə dövlət səviyyəsində qərarlar qəbul edilmiş, şəhər və rayonlarda şahmat məktəbləri və klubları açılmışdır. Görülən tədbirlər nəticəsində şahmat oyununa maraq kütləvi xarakter almış və Azərbaycanın şahmat məktəbi formalaşmağa başlamışdır. Dünya çempionatlarında, beynəlxalq turnirlərdə şahmatçılarımızın qələbələri respublika şahmatsevərlərinin sayının artmasına, müvafiq məşqçi kadrların yetişməsinə təkan vermişdir. Bu inkişafın bəhrələri özünü xüsusilə müstəqillik dövründə göstərmişdir.
İndi Azərbaycan öz şahmatçılarının uğurları ilə haqlı olaraq fəxr edə bilər. "Azərbaycanın uşaq şahmatçılarına dövlət qayğısının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 dekabr tarixli sərəncamı şahmata göstərilən yüksək diqqətin təzahürü olmuş və şahmatçılarımızın beynəlxalq yarışlarda yeni qələbələr qazanmalarına zəmin yaratmışdır. 2002-ci ildə Avropa çempionatının Bakıda, 2003-cü ildə gənclər arasında dünya çempionatının Naxçıvanda keçirilməsi isə Azərbaycanda şahmatın beynəlxalq miqyasda etirafı kimi qiymətləndirilmişdir.
Xalqın intellektual səviyyəsini nümayiş etdirən idman növü kimi ölkəmizin beynəlxalq səviyyədə tanınmasında şahmatın rolundan bəhs edən V.Ocaqverdiyev bu baxımdan ölkə Prezidentinin 5 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı" çərçivəsində həyata keçirilən tədbirləri nəzərə çatdıraraq göstərdi ki, son illər nəinki paytaxtımızda, eləcə də regionlarda şahmat məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların müasir inventar və kompyuter avadanlıqları ilə tam təmin olunması istiqamətində mühüm işlər görülmüşdür. Bütün bunlar şahmatçılarımızın beynəlxalq yarışlarda daha parlaq uğurlara imza atmasına zəmin yaratmışdır.
Vaqif müəllim söylədiyi fikrin təsdiqi kimi, bu ilin ötən ayları ərzində keçirilən şahmat turnirlərində rəhbərlik etdiyi məktəbin böyük uğurlar qazandığını diqqətə çatdırdı. Bildirdi ki, Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş məktəblilərin respublika şahmat turnirində məktəbin komandası xüsusilə fərqlənmişdir. Komanda üzvü Elnur Ocaqverdiyev 1-ci yeri, Pərvin Hüseynov 12 yaşda 1-ci yeri, Kamil Ocaqverdiyev 10 yaşda 2-ci yeri, Cəmilə Musayeva 16 yaşda 3-cü yeri tutmuşlar.
V.Ocaqverdiyev qeyd etdi ki, şahmatçılarımız Zaqatala şəhərində keçirilən respublika birinciliyinin seçmə yarışlarında da mühüm uğur qazanmışlar. Turnirdə qızlardan ibarət komandamız 1-ci yeri tutmuşdur. Oğlanlardan ibarət komandamız isə 4-cü yerə çıxmışdır. Bununla da şahmatçılarımız noyabr ayında Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanmışlar.

{nl}

Ramiz ƏLİYEV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında