Dünya çempionatı həlledici mərhələdə

Ninbo şəhərində (Çin Xalq Respublikası) birinci yarısı artıq arxada qalan kişilərdən ibarət komandalar arasında şahmat üzrə dünya çempionatında dünən istirahət günü idi. Bu gün isə altıncı turla yarış iştirakçıları medallar uğrunda mübarizənin həlledici mərhələsinə qədəm qoyacaqlar.
Bu tur ərəfəsində turnir cədvəlinin birinci pilləsində olan Ermənistan komandasının 8 xalı vardır. İkinci-üçüncü yerləri bölüşdürən Rusiya və Macarıstan şahmatçıları ondan bir xal geri qalırlar. Ukrayna komandası 6, Çin, Azərbaycan və ABŞ yığmaları 5, israilli qrossmeysterlər 4, Hindistan komandası 3 xal toplamışlar, misirlilər isə hələ xal qazana bilməmişlər.
Altıncı turda Azərbaycan şahmatçıları İsrail komandası ilə qarşılaşacaqlar. Bu gün həmçinin Rusiya-Ukrayna, Ermənistan-Hindistan, ABŞ-Macarıstan və Misir-Çin matçları keçiriləcəkdir.
Təmsilçilərimizin finişdə qalan üç rəqibi isə ABŞ, Ermənistan və Misir komandaları olacaq.{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında