Olimpiya çempionlarına uduzdular

Çin Xalq Respublikasının Ninbo şəhərində keçirilən şahmat üzrə dünya çempionatının dördüncü turunda Avropa çempionu Azərbaycan komandasının dünya çempionu Rusiya yığması üzərində parlaq qələbəsi (3:1) haqqında qəzetimizin dünənki sayında məlumat vermişik.
Bu gün həmin xəbərə əlavə olaraq xatırladaq ki, ötən ilin yanvar ayında Türkiyənin Bursa şəhərində təşkil olunan dünya çempionatında da bu rəqiblərin görüşü dördüncü "raunda" təsadüf etmişdi. Onda matç 2,5: 1,5 hesabı ilə rusların xeyrinə başa çatmışdı.
İndiki çempionatda isə qrossmeysterlərimiz həmin məğlubiyyətin əvəzini bütün taxtalarda inamlı oyun sayəsində artıqlaması ilə çıxdılar.
Dörd turdan sonra turnir cədvəlinin birinci pilləsində olan Ermənistan komandasının 6 xalı var idi. Azərbaycan, Çin, Rusiya, Macarıstan yığmaları ondan 1 xal geri qalırdılar və qrossmeysterlərimiz əlavə göstəricilərə görə ikinci yerdə idilər.
Dünən keçirilən beşinci turda Azərbaycan şahmatçıları bir il əvvəl Kantı-Mansiyskdə (Rusiya) 39-cu Ümumdünya Olimpiadasının çempionu olmuş Ukrayna komandası ilə görüşürdülər. Yığmamızın kapitanı Vladimir Tukmakov bu matçda heyətdə heç bir dəyişiklik etməmişdi. Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov müvafiq surətdə birinci və üçüncü taxtalarda ağlarla Vasili İvançuk və Zaxar Yefimenkoya qarşı oynayacaqdılar, Vüqar Həşimov və Qədir Hüseynovun isə ikinci və dördüncü taxtalarda qara fiqurlarla Pavel Elyanov və Aleksandr Moiseyenko ilə görüşlər gözləyirdi.
Matç 2,5:1,5 hesabı ilə ukraynalıların xeyrinə başa çatdı. Rəcəbov, Məmmədyarov və Həşimov heç-heçə oynadılar, Hüseynov isə beş saatdan çox davam edən gərgin görüşdə məğlubiyyətə uğradı. Bu gün çempionatda istirahət günüdür.{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında