Beynəlxalq Şahmat Günündə dünya çempionu üzərində qələbə

Dünən Beynəlxalq Şahmat Günü idi. Planetin hər yerində qədim və müdrik oyun pərəstişkarları öz bayramlarını qeyd edirdilər. Bizim üçün ikiqat fərəhlidir ki, Azərbaycan milli komandası bu mühüm hadisəni gurultulu bir qələbə ilə bayram etdi. Çin Xalq Respublikasının Hinbo şəhərində təşkil olunmuş dünya çempionatının dünənə təsadüf edən dördüncü turunda qrossmeysterlərimiz yarışın lideri Rusiya komandası üzərində 3:1 hesabı ilə layiqli qələbə qazandılar.
Birinci olaraq birinci taxtada Sergey Karyakin - Teymur Rəcəbov görüşü başa çatdı. Qaralarla oynayan Azərbaycan şahmatçısı 31-ci gedişdə rəqibini heç-heçə ilə razılaşmağa məcbur etdi. Bir qədər sonra Şəhriyar Məmmədyarov da qara fiqurlarla Yan Nepomnyaşiyə qarşı görüşü yarım xalla başa çatdırdı və matçda hesab 1:1 oldu.
Bundan sonra hər şey ağlarla oynayan Vüqar Həşimovla Qədir Hüseynovdan asılı idi. Onlar da öz vəzifələrinin öhdəsindən məharətlə gəldilər. Həşimov Aleksandr Qrişuku məğlubiyyətə uğradaraq komandasını hesabda irəli çıxardı, Qədir Hüseynov da dostundan geri qalmayıb Pyotr Svidler üzərində qələbəyə sevindi.
Nəticədə Azərbaycan yığması dünya çempionu Rusiya komandası üzərində çox mühüm qələbə qazanaraq çempionatda topladığı xalların miqdarına görə ona çatdı, başlıcası isə, medallar uğrunda ağır mübarizənin son beş turu ərəfəsində şahmatçılarımızın öz qüvvələrinə inamı daha da artdı.
Təmsilçilərimiz çempionatda ikinci qələbələrinə sevinərkən qalan matçlar hələ davam edirdi. Dörd turdan sonra turnir cədvəlində vəziyyət bu görüşlərdən sonra qəti məlum olacaqdı.
Bu gün keçiriləcək beşinci turda Azərbaycan yığması sonuncu Ümumdünya Olimpiadasının qalibi Ukrayna komandasına qarşı oynayacaq.{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında