Güləş üzrə beynəlxalq "Qızıl Qran-pri" turnirinin final mərhələsinin təntənəli açılış mərasimi olmuşdur

İyulun 8-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə "Qızıl Qran-pri" Beynəlxalq turnirinin final mərhələsinin açılış mərasimi olmuşdur. 
Beynəlxalq turnirin təntənəli açılış mərasimindən öncə bədii hissə, daha sonra iştirakçı komandaların paradı olmuşdur.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulamışdır. O bildirmişdir ki, dövlət başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman sürətlə inkişaf edir. Bu gün Azərbaycanda bir çox idman növləri inkişaf etdirilir və sevindirici haldır ki, bu sırada güləş xüsusi yerlərdən birini tutur. Yüksək nəticələrin davamı kimi bu il Azərbaycan güləşçiləri dünya kuboku və Avropa çempionatında böyük uğurlar qazanmışlar. Bu gün açılışa toplaşmış bütün yarış iştirakçılarına uğurlar arzulayır və qələbə sevinci yaşamağı diləyirəm.
Beynəlxalq Güləş Federasiyasının (FİLA) prezidenti Rafael Martinetti Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran-pri" beynəlxalq turnirinin FİLA-nın təqvim planında önəmli yer tutduğunu bildirmiş, yüksək təşkilatçılığa görə ölkə rəhbərliyinə və AGF-yə təşəkkür etmişdir.
Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri" beynəlxalq turnirinin final mərhələsinin iştirakçılarını salamlamış və bu mötəbər turnirin təşkilini növbəti dəfə ölkəmizə etibar etdiyinə görə FİLA rəhbərliyinə öz təşəkkürünü bildirmişdir. F.Məmmədov demişdir: "Azərbaycanda güləş tarixən geniş yayılan qədim idman növlərindən biri olmuşdur. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısının dəfələrlə artırılması sayəsində güləşçilərimiz rəsmi beynəlxalq yarışlarda daha yüksək nəticələr əldə etməyə başlamışlar. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğısının məntiqi nəticəsi olaraq son illər ölkəmizin paytaxtı Bakı şəhəri dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Əminəm ki, builki "Qızıl Qran-pri" beynəlxalq turnirinin final mərhələsinin də təşkili və keçirilməsi yüksək səviyyədə olacaq, yarışlar ədalətli idman mübarizəsi şəraitində keçəcək, qonaqlarımız ölkəmizdən xoş təəssüratla ayrılacaqlar. Bu beynəlxalq turnir güləşçilər üçün sentyabrda İstanbulda təşkil olunacaq və London Olimpiadasına ilk lisenziyaların veriləcəyi 3onatı öncəsi güclərini sınamaq, ustalıqlarını artırmaq baxımından böyük əhəmiyyət daşıyır". F.Məmmədov yarışı açıq elan etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında