Məmmədyarovalar qələbə ilə başladılar

İspaniyanın Benaske şəhərində yenicə starta çıxmış "Vilya-de-Benaske" 31-ci şahmat festivalının "A" turnirində mükafatlar uğrunda 475 rəqib, o cümlədən 37 qrossmeyster mübarizə aparır. On turdan ibarət bu yarışda ölkəmizi Zeynəb və Türkan Məmmədyarovalar təmsil edirlər.
Bacılar turnirə qələbə ilə başlamışlar. Birinci turda Zeynəb qaralarla, Türkan isə ağlarla ispaniyalı rəqiblərinə qalib gəlmişlər. Dünən ikinci turun görüşləri keçirilmişdir.

{nl}

Altı görüşdə hərəyə 4 xal
Xəbər verdiyimiz kimi, Bolqarıstanın Varna şəhərində davam edən beynəlxalq turnirin iştirakçıları arasında Azərbaycan şahmat məktəbinin bir qrup yetirməsi də vardır. Altı turdan sonra dörd təmsilçimiz İdris Təbrizov, Bəhruz Rzayev, Xəyalə İsgəndərova və Elxan Bayramov hərəyə 4 xal toplamışlar.
Turnir cədvəlinə isə Bolqarıstan şahmatçıları Boris Çatalbaşov və Qriqor Qriqorov başçılıq edirlər. Liderlərin 5 xalı vardır.

{nl}

Oqtay BAYRAMOV,"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında