İdman xəbərləri. Avroliqa: cavab görüşləri

Bu gün UEFA Avropa Liqası turnirində birinci təsnifat mərhələsinin cavab görüşləri keçiriləcəkdir. Əgər ilk oyunda, üstəlik də, rəqib meydanında ölkəmizi hətta arzuladığımızdan da parlaq qələbə ilə sevindirən "Qarabağ" Litvanın "Banqa" klubunu əla əhval-ruhiyyə ilə qəbul etməyə hazırlaşırsa, beynəlxalq meydanda "Olimpik-Şüvəlan" adı altında çıxış edən AZAL-ı Belarus paytaxtında ağır sınaq gözləyir.
Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" - "Banqa" görüşü saat 21-də başlanacaq. Ukraynalı hakim Yuri Mojarovskinin idarə edəcəyi bu oyunda Ağdam klubu əslində heç bir problemlə üzləşməməlidir. Bir həftə əvvəl səfər matçında qeydə alınmış 4:0 hesabı Qurban Qurbanovun yetirmələrini, demək olar, vaxtından əvvəl ikinci mərhələyə yüksəltmişdir. Ancaq bunun tam gerçəkləşməsi üçün, hər halda, axşamı gözləməliyik.
Yeri gəlmişkən, "Qarabağ" məhz həmin inamlı qələbə sayəsində Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının bu günlərdə açıqladığı dünyanın ən güclü klublarının növbəti siyahısında birdən-birə 47 pillə irəliləyərək 215-ci yerdən 168-ci mövqeyə yüksəlmişdir. Növbəti qələbə isə onu məşhur "Barselona"nın başçılıq etdiyi siyahıda bir qədər də irəli apara bilər.
Minskdə eyniadlı yerli klubla bakılıların görüşü isə bizim vaxtla saat 22-yə təyin edilmişdir. Şüvəlandakı AZAL stadionunda keçirilmiş birinci oyundan sonra hesab 1:1-dir. Elə cavab görüşü ərəfəsində imkanları da bərabər hesab etmək olar. Rəqiblərdən hər hansı biri mərhələ adlamağa daha layiq olduğunu sübuta yetirmək üçün bütün görüş ərzində əməlli-başlı tər tökməli olacaq. Onlardan məqsədə kimin çatacağını isə bolqarıstanlı hakim Angel Angelovun final işarəsindən sonra biləcəyik. Görək kimin ümidləri doğrulacaq...

{nl}

Varna turnirinin liderlər qrupunda
Bolqarıstanın Varna şəhərində keçirilən beynəlxalq turnirin mükafatları uğrunda mübarizə aparan 77 rəqib arasında Azərbaycan şahmat məktəbinin bir qrup yetirməsi də vardır. Dörd turdan sonra onlardan biri Bəhruz Rzayev 3,5 xalla liderlər qrupundadır.
Makedoniyalı Vladimir Georgiyev, bolqarlar Boris Çatalbaşov, Qriqor Qriqorov və Valentin Panbuxçyan da bir o qədər xal toplamışlar.
Turnirdəki digər təmsilçilərimizdən Abdulla Qədimbəyli, Təbriz İdrisov, Eldar Musayev və Elxan Bayramov liderlərdən yarım xal geri qalırlar.
Bu arada Namiq Quliyev Parisin açıq çempionatında üçüncü qələbəsini qazanmışdır. Bu dəfə qrossmeysterimiz danimarkalı Karsten Larseni məğlubiyyətə uğratmışdır. Ülvi Bacarani isə Andrey Şekaçovla (Rusiya) heç-heçəyə razılaşmışdır. Dörd turdan sonra Quliyevin 3, Bacaraninin 2,5 xalı vardır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında