Bakıda keçirilən atçılıq idmanı üzrə beynəlxalq yarış başa çatmışdır

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Bakıda "Sərhədçi" Atçılıq Mərkəzinin açıq manejində keçirilən "Heydər Əliyev" adına dünya Kubokunun təsnifat mərhələsi-CSI2*-W yarışları başa çatmışdır.
Mayın 8-də dünya Kubokunun təsnifat mərhələsi yarışlarının final mərhələsi keçirilmişdir.
Final yarışları 3 nömrəli (maneələrin hündürlüyü 140 sm) kateqoriya üzrə keçirilmişdir.
Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev idmançılara uğurlar arzulamış, Milli Olimpiya Komitəsinin prezidenti, dövlətimizin başçısı İlham Əliyevin idmanın bütün növlərinə göstərdiyi diqqət və qayğıdan danışmışdır.
Azərbaycanın dövlət himni səsləndikdən sonra yarışa start verilmişdir.
Rusiya idmançısı Natalia Simonia "Qardemarin" ləqəbli atla maneələri 77.37 saniyəyə qət edərək, cərimə xalı almadan turnirin ali mükafatı "Heydər Əliyev" adına Kubokun sahibi olmuşdur.
Azərbaycanlı jokey Françesko Franko "Ursula" ləqəbli atla ikinci, böyük britaniyalı idmançı Kristopher İvor Frazer "Bahar" ləqəbli atla üçüncü, Azərbaycan idmançıları Hikmət Musayev "Light Limerick" ləqəbli atla dördüncü, Rahib İsmayılov isə "Fabienne" ləqəbli atla beşinci olmuşdur.
Elçin Quliyev kuboku və diplomları qaliblərə təqdim etmişdir.
Ümumi mükafat fondu 40 min manat olan turnirdə 8 Azərbaycan idmançısı ilə yanaşı, Gürcüstandan 4, Almaniya, Bolqarıstan, Böyük Britaniya və Rusiyadan isə hərəyə 1 jokey iştirak etmişdir.
Azərbaycanı bu yarışda "Sərhədçi", "Günay", "Murad AK" və "Atçılıq Məktəbi" klubları təmsil edirdi.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında