"Fənərbaxça" Bakıya gələcək

Avstriyanın paytaxtı Vyanada yeni mövsüm üçün qadın voleybol klubları arasında Çempionlar Liqası turnirinin ilkin mərhələsinin püşkü atılmış və bu mötəbər yarışda ilk dəfə iki komanda ilə mübarizə aparacaq Azərbaycan voleybolçularının rəqibləri məlum olmuşdur.
Liqada sonuncu turnirin finalçısı "Rabitə" Türkiyənin məşhur "Fənərbaxça", Fransanın "Mulxauz" və Almaniyanın "Drezdner" klubları ilə birlikdə "B" qrupunda çıxış edəcək. Digər komandamız, 2010-2011-ci illər mövsümündə "Çellenc kuboku" yarışının qalibi olmuş "Azərreyl" isə "D" qrupunda "Berqanto" (İtaliya), "Vakifbank" (Türkiyə) və "Konstanta" (Rumıniya) voleybolçuları ilə yarışacaq.
Turnirin medalları uğrunda 20 klub mübarizə aparacaq. Onlar hərəsində dörd komanda olmaqla beş qrupa bölünmüşlər. Yarışa noyabr ayında start veriləcəkdir.
Qrup mərhələsi və pley-off görüşləri sınağından uğurla çıxacaq ən yaxşı dörd komanda həlledici mərhələyə vəsiqə qazanacaq. "Dördlər finalı" Bakıda təşkil olunacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında