Bakıda keçirilən taekvondo üzrə 2012-ci il London Olimpiadasına lisenziyalı dünya təsnifat turnirinin təntənəli açılış mərasimi olmuşdur

İyunun 30-da "Sərhədçi" Olimpiya İdman Mərkəzində 2012-ci il London Olimpiadasında iştirak üçün kişilər və qadınlar arasında taekvondo üzrə lisenziyalı dünya təsnifat turnirinin təntənəli açılış mərasimi olmuşdur. 
Ölkə təmsilçilərinin və hakimlərin zala dəvət olunmasından sonra rəsmi hissə başlamışdır.
Dünya Taekvondo Federasiyasının (WTF) prezidenti Çunq Vo Ço turnirin yüksək səviyyədə təşkil olunduğu üçün Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirmiş, gənc taekvondoçulara idman uğurları arzulamış və layiq olanların yüksək pilləyə qalxacağına əminliyini vurğulamışdır.
Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov ölkəmizdə beynəlxalq yarışların keçirilməsinin ənənə halı aldığını, respublikamızın idman ölkəsi kimi tanındığını vurğulayaraq demişdir: "Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda bu siyasət Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bu siyasətin nəticəsidir ki, azərbaycanlı idmançılar beynəlxalq yarışlarda uğurlara imza atır, ölkəmizin idman şərəfini uca tuturlar. Bakıda bir sıra mötəbər yarışları uğurla təşkil etdiyimizə görə London Olimpiadasına vəsiqə verən lisenziya turniri keçirmək bizə etibar olunmuşdur. Əminəm ki, bu yarışın Azərbaycanda keçirilməsi ölkəmizdə taekvondonun inkişafına yeni təkan verəcəkdir. Yarışı keçirməyi bizə etibar etdiklərinə görə Dünya Taekvondo Federasiyası, şəxsən onun prezidenti cənab Çunq Von Çoya minnətdarlıq edirəm. Bir daha yarış iştirakçılarını salamlayır, onlara məsul yarışda uğurlar arzulayıram".
Gənclər və idman naziri Azad Rəhimov bildirmişdir ki, bu gün Azərbaycanın idman həyatında daha bir əlamətdar hadisənin - gənclər arasında taekvondo üzrə lisenziyalı beynəlxalq turnirin açılışının şahidi oluruq. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, idmanda da böyük nailiyyətlər qazanmışdır. Bu, ilk növbədə, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinin nəticəsidir.
Açılış andiçmə mərasimi ilə davam etdirilmişdir.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra yarış açıq elan edilmişdir.
Tədbir bədii hissə ilə davam etdirilmişdir.
Sonra yarışlar başlanmışdır. Qadınlar arasında 67 kq çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı Fəridə Əzizova turnirin gümüş medalını və London Olimpiya Oyunlarına vəsiqə qazanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında