Avroliqa həyəcanlarımız başlayır

Beləliklə, top meydançanın mərkəzindədir, UEFA Avropa Liqası yarışlarının iştirakçıları çətin və uzun yolun başlanğıcındadır. Bu gün rəqiblər, o cümlədən Azərbaycanın AZAL və "Qarabağ" klubları birinci təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.
"Təyyarəçilər" özlərinin Şüvəlandakı stadionunda Belarusun "Minsk" komandasını qəbul edəcəklər. Latviyalı hakim Andris Tremianisin idarə edəcəyi bu oyunda topa ilk zərbə saat 20-də endiriləcək. "Qarabağ" isə ölkəmizdən uzaqlarda Litvada "səhnəyə" çıxacaq. Ağdam futbolçularını "Banqa" ilə görüşdə meydançaya islandiyalı hakim Tarvaldur Arnason dəvət edəcək. Matç Bakı vaxtı ilə saat 20.30-a təyin edilmişdir.
İndi Nazim Süleymanov da, Qurban Qurbanov da öz yetirmələri ilə qarşıdakı oyunlara son hazırlıq görürlər. Hər iki məşqçimizin bu dəqiqələrdə necə həyəcan keçirdiyini təsəvvür etmək çətin deyil. Amma futbol ictimaiyyətimiz də onlardan az həyəcanlanmır. Axı söhbət Avroliqa turnirindən gedir. Belə yarışlarda isə uğurlu startdan çox şey asılıdır. Bir sözlə, bu axşam xoş həyəcanlar yaşayaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında