4,5 xalla dördüncü

Teymur Rəcəbovun Rumıniyanın Mediaş şəhərində finişə çatmış XXI kateqoriyalı beynəlxalq turnirin heç olmasa sonuncu turunda qələbə qazanmaq cəhdi də baş tutmamışdır. Ənənəvi yarışın vida turunda ağlarla rumın Liviu-Diter Nisipyanuya qarşı oynayan qrossmeysterimiz 33-cü gedişdə yarım xala razılaşmışdır.
Bununla da on görüşdən birincisində uduzan, qalan doqquz oyundan isə heç-heçə ilə ayrılan Rəcəbov 10 mümkün xaldan 4,5 xal toplayaraq dördüncü yeri tutmuşdur. Turnirin bürünc mükafatçısı Hikaru Nakamura (ABŞ) da Teymurla eyni nəticə göstərmiş, lakin əlavə göstəricilərə görə təmsilçimizi qabaqlamışdır. Xatırladaq ki, bir il əvvəl Rəcəbov Rumıniyadan gümüş medalla qayıtmışdı.
Turnirdə ən böyük müvəffəqiyyətə 6,5 xal toplayan Maqnus Karlsen (Norveç) və Sergey Karyakin (Rusiya) nail olmuşlar. Beş-altıncı yerləri hərəyə 4 xalla Vasili İvançuk (Ukrayna) və Nisipyanu bölüşdürmüşlər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında