Xarici xəbərlər. Avropa çempionatında 2 qızıl və 1 gümüş medal

Serbiyanın paytaxtı Belqradda başa çatmış kanoelərdə avarçəkmə üzrə Avropa çempionatında uğurla çıxış edən Azərbaycan idmançılarına 2 qızıl və 1 gümüş medal təqdim olunmuşdur. 
Ölkəmizə qızıl mükafatları Valentin Demyanenko qazandırmışdır. O, 200 və 500 metr məsafələrə yarışda bütün rəqiblərindən yüksək nəticə göstərərək finişə birinci çatmışdır. Sergey Bezuqlı - Maksim Prokopenko dueti isə 500 metr məsafəyə yürüşdə yaxşı hazırlıq nümayiş etdirib gümüş mükafatçı olmuşdur. Komanda hesabında da ən böyük müvəffəqiyyəti Azərbaycan yığması qazanmışdır - 1-ci yer .
Olimpiya çempionumuzun Braziliyada ikinci uğuru
Azərbaycan cüdosunun lideri Elnur Məmmədli Rio-de-Janeyroda (Braziliya) keçirilmiş "Böyük dəbilqə" yarışları seriyasından olan növbəti turnirdə fəxri kürsünün üçüncü pilləsinə yüksəlmişdir. Olimpiya çempionumuz 81 kq çəki dərəcəsində çıxışlarını bürünc medalla başa vurmuş və London Olimpiadası - 2012-yə lisenziya xalları uğrunda mübarizədə daha 120 xal qazanmışdır.
Elnurun bu müvəffəqiyyəti sayəsində Azərbaycan yığması Rio-de-Janeyro turnirində komanda hesabında əllidən çox ölkə arasında 16-cı olmuşdur. Xatırladaq ki, E.Məmmədli son dörd ildə Pelenin vətənində ikinci dəfə medal qazanmışdır. Tatami ustamız 2007-ci ildə Braziliyada keçirilmiş dünya çempionatında yalnız finalda uduzub ölkəmizə gümüş mükfatla qayıtmışdı.
Heç-heçələr zolağında
Rumıniyanın Mediaş şəhərində altı qrossmeysterin iştirakı ilə keçirilən XXI kateqoriyalı ənənəvi beynəlxalq turnir artıq finişin astanasında olsa da, Teymur Rəcəbov hələ qələbələrinin hesabını aça bilməmişdir. Növbəti, səkkizinci turda qrossmeysterimiz norveçli Maqnus Karlsenlə qarşılaşmış və görüşdən yarım xalla ayrılmışdır. Bu, turnirin startında məğlubiyyətdən sonra Rəcəbovun ardıcıl yeddinci heç-heçəsidir.
Finişə iki tur qalmış Azərbaycan şahmatçısı 3,5 xalla turnir cədvəlində dördüncü mövqedədir. Lider Karlsenin 5,5, ikinci-üçüncü pillələrdə olan Sergey Karyakinlə (Rusiya) Hikaru Nakamuranın (ABŞ) müvafiq surətdə 5 və 4 xalları var. Sonuncu iki yeri bölüşdürən ukraynalı Vasili İvançuk və rumın Liviu-Diter Nisipyanu isə 3 xal toplamışlar.
Dünən axşam keçirilən doqquzuncu turda Rəcəbov Nakamura ilə görüşmüşdür.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında